Putin Azərbaycan və Ermənistan liderləri ilə görüşü harada planlayır? - “Hraparak”dan sensasiya
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada 8 oktyabrda keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində Azərbaycan və Rusiya prezidentləri və Ermənistan Baş nazirinin üçtərəfli görüşü baş tutmayıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov belə bir görüşün nəzərdə tutulduğunu bildirsə də, “tərəflərdən birinin” razı olmaması səbəbindən görüşün alınmadığını elan etdi.
“Hraparak” nəşri isə yazıb ki, Rusiya lideri Vladimir Putin Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçiriləcək BRİKS sammitinə dəvətini bir daha təsdiqləyib və bəzi iddialara görə, Putin görüşü Kazanda təşkil etmək niyyətindədir. Belə ki, Kazan daha irimiqyaslı platformadır – yəni Moskvada MDB dövlət başçıları toplanmışdısa, Kazanda Çin və Türkiyə də daxil olmaqla, 34 ölkə rəhbərinin iştirakı gözlənilir.
Nəşrin yaydığı daha bir iddia isə əsl sensasiyadır. Bildirilib ki, Moskvada guya üçtərəfli görüş olub, ancaq bu barədə ictimaiyyətə açıqlama verilməsi lazım bilinməyib. Əvəzində isə Kazanda görüşün davam etdirilməsi qərara alınıb.
#Rusiya teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI
- Sankt-Peterburqda kilsə fasadı nəhəng ekrana çevrilib
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
