Putin İlham Əliyevi Qələbənin 80-ci ildönümü münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda Rusiya Prezidenti dövlət başçımızı Qələbənin 80-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edib.
Vladimir Putin vurğulayıb ki, bu yubiley tarixini qeyd edən ölkələrimizin vətəndaşları döyüş meydanlarında və arxa cəbhədə öz güclərini, həyatlarını əsirgəmədən nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər:
“Əminəm ki, həmin ağır illərdə möhkəmlənən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq”.
Məktubun sonunda Azərbaycan torpağında yaşayan bütün veteranlara səmimi minnətdarlıq, möhkəm cansağlığı, əmin-amanlıq arzulanıb.
#Rusiya teqi istifadə olunub
- Peskov Trampın nümayəndələri ilə bağlı hansı mesajı verdi?
- "Rusiya və Ermənistan qardaş ölkələrdir" | Dmitri Peskov
- Kiyev Moskvaya təzyiqi artırır: Ukraynanı hansı risklər gözləyir? - AKTUAL GÜNDƏM
- Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycan üzərindən davam edir - Baku TV
- Rusiyanı yeni hərbi təhdid gözləyir? | Putin açıqlama verdi
