Putin və Paşinyan arasında görüş | Nikol hansı taktikanı quracaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“Putin və Paşinyan bu gün Moskvada danışıqlar aparacaq. Paşinyan dünən keçirdiyi mətbuat konfransında İrəvanla Moskva arasında problemlər olduğunu bildirib. O, yenə də Rusiyaya ünvanlanan bir sıra xoşagəlməz bəyanatlar verib”.
Bunu rusiyalı politoloq Aleksandr Razuvayev Ermənistan Baş naziri Paşinyanın Moskvaya səfərini şərh edərkən deyib.
“Putin və Paşinyan hansı taktikanı quracaq? Paşinyan sözünün üstündə durmadığını dəfələrlə göstərib və göstərir. Fikrimcə, bu, Rusiya üçün getdikcə prinsipsizləşir. Moskva İrəvanın bu mövqeyinə, bəlkə də qeyri-ictimai şəkildə reaksiya verəcək”, – o bildirib.
A.Razuvayevin sözlərinə görə, Ermənistan çoxdan Rusiya üçün “qulpsuz çamadana” çevrilib:
“Azərbaycan, məsələn, real, şəffaf, konstruktiv tərəfdaş olduğunu nümayiş etdirdi və bu gün çoxqütblü dünyanın qurulmasında iştirak etmək istəyir, heç kimin xoşuna gəlməyə çalışmır. Sadəcə olaraq, onlar öz milli maraqlarına əsaslanaraq tərəfdaşlarla bərabər şərtlərdə münasibətlər qurmağa çalışırlar ki, onların maraqlarına hörmət edilsin. İlham Əliyev müdrik dövlət başçısıdır, ona görə də təsdiqlədi ki, Rusiya ilə Azərbaycanın münasibətləri onun prioritetləri sırasındadır”.
#Vladimir Putin teqi istifadə olunub
- Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM
- Xameneinin məktubu Putinə çatdırıldı | Tehrandan Moskvaya gizli mesaj? - Baku TV
