Siyasət
Pleyeri seçin:
QAİ sözçüsündən həddini aşan Oskanyana cavab gecikmədi
Qərbi Azərbaycan İcması Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyana cavab bəyanatı yayıb.
Bəyanatda deyilir: “Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir. Daşnak və irqçi düşüncəli V.Oskanyan reallıqlardan tamamilə uzaq düşüb və özünün uydurduğu paralel dünyada gün keçirməklə məşğuldur.
Belə qeyri-ciddi adamın uzun müddət xarici işlər naziri olması Ermənistanın nə üçün uğursuz dövlət olduğunu çox yaxşı izah edir. V.Oskanyan da ATƏT-in sabiq Minsk qrupu, Tomas de Vaal kimi artıq keçmişdir”.
Kopyalandı
Seçilmişlər