Siyasət
Pleyeri seçin:

Qaluzin od püskürdü | Qərb var gücü ilə çalışır, amma bilmir ki...

11 iyun 2024

“Aprelin 10-da Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya-Ermənistan münasibətləri çətin dövrlərdən keçir. Təəssüf ki, mən onunla razılaşmalıyam”.

Bu sözləri Rusiya XİN başçısının müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində deyib.

O bildirib ki, İrəvan əsassız olaraq Rusiyanı və KTMT-ni tənqid edir: “Mən burada Qərbin Ermənistana qarşı təxribat siyasətinin nəticəsini görürəm. Onlar bütün gücləri ilə İrəvanı Rusiya ilə qarşıdurmasının Qərb sxemlərinə cəlb etməyə çalışırlar, Ermənistanın təhlükəsizliyi və erməni xalqının maraqları haqqında heç düşünmürlər”.

Qaluzinin fikrincə, Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq kimi qeyri-real istəyi ilə əlaqədar anti-Rusiya yanaşmalarını tətbiq etmək üçün maliyyə-iqtisadi potensialından istifadə edir:

“Halbuki, Rusiya Ermənistan üçün ən böyük investordur, Rusiya kapitallı müəssisələr isə respublika büdcəsinin əsas vergi ödəyiciləridir. Bu gün Ermənistanda ÜDM-in artımı daha çox Aİİ məkanında sıx iqtisadi əlaqələrlə bağlıdır.

Biz hər şeyə ciddi yanaşırıq, ciddi insanlarıq, Ermənistanda Rusiyanın onun üçün unikal, danılmaz rolunun dərk edilməsinin üstünlük təşkil edəcəyini gözləyirik. Heç bir Qərb ölkəsi və yaxud bütövlükdə Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz”.

O əlavə edib ki, Rusiya həm KTMT çərçivəsində üzərinə götürdüyü öhdəliklərə, həm də ikitərəfli sazişlərə uyğun olaraq Ermənistanı özünün ən yaxın müttəfiqi, təhlükəsizlik sahəsində ən mühüm tərəfdaşı hesab edir.

COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

Siyasət
23 noyabr 2024
Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Siyasət
23 noyabr 2024
Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Siyasət
23 noyabr 2024
Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Siyasət
23 noyabr 2024
Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon