Pleyeri seçin:

Qarabağ məsələsi həll olunubsa, Azərbaycan Ordusu hansı təhlükələrə qarşı gücləndirilir?

19 iyul 2026 350 baxış

“Hərbi xronika”nın budəfəki buraxılışında Qarabağ müharibəsindən sonra Azərbaycanın müdafiə qabiliyyətini niyə daha da gücləndirdiyi, ölkənin qarşılaşdığı yeni hərbi və geosiyasi risklər təhlil olunub.

Bildirilib ki, Birinci Qarabağ müharibəsindən sonra imzalanan atəşkəs münaqişəni həll etmədi. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində suverenliyinin tam bərpası isə işğala və separatizmə son qoydu.

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın qələbədən sonra da təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsini bir nömrəli prioritet hesab etdiyini göstərir. Son 30 ilin təcrübəsi sübut edib ki, beynəlxalq vədlər ordunu əvəz etmir və dövlət öz təhlükəsizliyini təmin etmək üçün real gücə malik olmalıdır.

Hazırda Azərbaycan şimalda Rusiya–Ukrayna müharibəsi, cənubda isə ABŞ–İran qarşıdurması fonunda formalaşan iki böyük hərbi gərginlik zonasının arasında yerləşir. Müasir müharibələr raket və pilotsuz uçuş aparatları, hava məkanının bağlanması, enerji və nəqliyyat infrastrukturuna təhlükə, humanitar böhran kimi risklər yaradır.

Müasir ordunun döyüş qabiliyyəti yalnız silahların sayı ilə deyil, sursat və ehtiyat hissələrinin davamlı təchizatı, yeni texnologiyalara çıxış və alternativ tədarük mənbələri ilə də ölçülür.

Vurğulanıb ki, 2020-ci ilə qədər əsas məqsəd işğala son qoymaq idisə, bu gün əsas vəzifə əldə edilmiş nəticələri qorumaq və ölkənin yeni müharibələrə cəlb edilməsinin qarşısını almaqdır. Qarabağ müharibəsi başa çatsa da, Azərbaycanın yerləşdiyi coğrafiyada təhlükəsizlik öz-özünə təmin olunmur.

Banner
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 350 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 350 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 350 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 350 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 350 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 350 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 350 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 350 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 350 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 350 baxış
Seçilmişlər
icon