Qardaşlıq bağlarımız sayəsində... | Yaşar Gülər şəhid ailələri ilə görüşdə çıxış etdi
“Bu gün Qarabağda Azərbaycan bayrağı şərəflə dalğalanırsa, bu, şanlı Azərbaycan Ordusunun hər bir mənsubunun, xüsusilə də əziz şəhidlərimizin, qəhrəman qazilərimizin göstərdiyi şücaət sayəsindədir”.
Bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycandan olan Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvləri ilə görüşündə deyib.
Y.Gülər bildirib ki, Azərbaycan həm “Tək Vətən hərəkatı”, həm də antiterror əməliyyatı ilə nümayiş etdirdiyi döyüş qabiliyyəti ilə Qafqaz bölgəsindəki sabitlik və təhlükəsizlik üçün əhəmiyyətli güc olduğunu sübut etdi: “Odur ki, övladlarımızla nə qədər qürur duysaq, azdır”.
Nazir bildirib ki, Türkiyə və Azərbaycan tarixi, mədəni və qardaşlıq bağları ilə bir-birinə bağlı olan iki dövlət, tək millətdir:
“Tarix boyu sevinc və kədəri birlikdə yaşayan bu iki qardaş çətin zamanlarda bir-birinin yanında olub. Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq hər ötən gün inkişaf edir”.