Siyasət
Pleyeri seçin:

Qüdrət Həsənquliyevdən Ermənistan və İrana vacib çağırış

23 aprel 2024

“Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətinə son qoymalı, Naxçıvana gediş-gəlişi təmin etməlidir”.

Bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Bu ölkənin gələcəyi Azərbaycanla, qardaş Türkiyə ilə dostluqdan, kommunikasiya xətlərinin açılmasından keçir. Bölgənin gələcək inkişafı və Ermənistanın bir dövlət kimi mövcudluğu, əmin-amanlıq içərisində yaşaması qonşuları ilə normal münasibətlər qurmasından keçir. Ermənistan xalqı, Ermənistan siyasi rəhbərliyi bunu nə qədər tez başa düşsə, bu, bölgənin inkişafına bir o qədər böyük təkan vermiş olacaq”, – o bildirib.

Qüdrət Həsənquliyev cənub qonşumuzla bağlı da fikirlərini açıqlayıb:

“İran İslam Respublikası da Azərbaycana münasibətdə öz siyasətini dəyişməlidir. Onların rəsmiləri, səfirləri Azərbaycan xalqını qıcıqlandıran, münasibətlərimizə zərər verən açıqlamalardan çəkinməlidirlər.

Necə ki Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü düşmənçilik siyasəti heç bir nəticə vermədi, İranın da Azərbaycana münasibətdə yürütdüyü bu bəzi hallarda təzyiq, bəzən gözdənsalma, daxilimizdəki ayrı-ayrı qruplardan istifadə etmək məqsədilə müəyyən təxribatlar törətmək cəhdləri də heç bir nəticə verməyəcək. Ona görə İran da nə qədər tez düz yola qayıtsa, bir o qədər yaxşıdır”.

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

Siyasət
22 noyabr 2024
COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon