"Azərbaycanla bu sahədə də işləməyə hazırıq" | Tokayevdən mühüm açıqlama
“Bakı–Tbilisi–Ceyhan marşrutu ilə Qazaxıstan neftinin nəqli sahəsində birgə fəaliyyət uğurla davam edir. Ötən il Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti təxminən 1,5 milyon ton təşkil edib. Yaxın gələcəkdə bu həcmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır”.
Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
Tokayev bildirib ki, milli enerji sistemlərimizin inkişafında mühüm rol oynayacaq dərin su altında elektrik kabelinin çəkilməsi layihəsi “yaşıl enerji”nin ixracında mövqelərimizi xeyli möhkəmləndirəcək.
“Qazaxıstanın uran məhsullarının Azərbaycan ərazisindən keçməklə xarici bazarlara tədarükü istiqamətində də böyük işlər görülür. Bu kontekstdə, Azərbaycanın hörmətli Prezidentinə bütün əsas təşəbbüslərə və layihələrə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”, – deyə Qazaxıstan Prezidenti əlavə edib.
Tokayev İT sektorunda geniş əməkdaşlıq imkanlarının açıldığını da vurğulayıb:
“Qazaxıstan rəqəmsal dövlət xidmətlərinin tətbiqi və İT texnologiyaların inkişafı sahəsində təcrübə qazanıb. Bu istiqamətdə birgə layihələrin reallaşdırılmasına hazırıq. Danışıqlar zamanı Xəzər dənizinin dibi ilə optik-fiber rabitə xəttinin çəkilməsi layihəsinin sürətləndirilməsinin vacibliyi vurğulanıb. Hökumətlərə layihənin ən qısa müddətdə tam hazır vəziyyətə gətirilməsi ilə bağlı tapşırıqlar verilib”.
#İlham Əliyev teqi istifadə olunub
- "Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini məhv ediblər" | Prezident - Baku TV
- Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilir - Baku TV
- Fridrix Merts və İlham Əliyev arasında hansı məsələlər müzakirə olundu? - Baku TV
- Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi | Nələr müzakirə edildi?
- İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - Baku TV
