"Bəziləri bundan narazıdır, amma..." | Prezident növbəti illər üçün hədəflərdən danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Velosiped zolaqlarının yaradılmasına başlanılıb. Bu, həm sağlamlıq, həm də tıxacların azaldılması baxımından vacib addımdır”.
Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
Dövlət başçısı bildirib ki, Bakıda tıxac probleminin həlli üçün əsas prioritetlərdən biri ictimai nəqliyyatın inkişafıdır:
“Hər il Bakıya yüzlərlə yeni avtobus gətirilir, havanı çirkləndirməyən elektrobusların sayı artır və bu proses həm dövlət, həm də özəl sektor tərəfindən davam etdiriləcək”.
Prezident qeyd edib ki, dəmir yolu və yol infrastrukturu da mühüm rol oynayır.
Onun sözlərinə görə, Bakı – Sumqayıt dəmir yolunun fəaliyyəti, tunel və körpülərin inşası şəhərdaxili nəqliyyatın yükünü əhəmiyyətli dərəcədə azaldıb.
Dövlət başçısı vurğulayıb ki, bu istiqamətdə proqram qəbul edilib, vəsait ayrılıb və qarşıdakı beş il ərzində əsas nəqliyyat problemlərinin mərhələli şəkildə həll olunması nəzərdə tutulur.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV
- İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV
- Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV
