Pleyeri seçin:
"Günah bizdədir ki..." | Pezeşkiandan İran-Azərbaycan münasibətləri ilə bağlı mühüm açıqlama
“Azərbaycan bizə doğmadır. Necə olur ki, mən ora gedib heç bir razılaşmaya nail ola bilməyim. İsrail bunu bacarır. Biz isə əlaqə yarada bilmirik”.
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərdən bəhs edərkən deyib.
O, Bakıya səfəri ilə bağlı ölkə daxilindəki tənqid və etirazlara sərt reaksiya verib:
“Əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərinə düşür. Əlaqə yaradılmayıbsa, günah bizdədir”.
Qeyd edək ki, İran Prezidenti Azərbaycanla bağlı “Bacı-qardaşlarımızla düzgün və mehriban münasibət qura bilməməyimizdə problemin harada olduğunu görməliyik” sözləri ilə narahatlığını da ifadə edib.
Kopyalandı
#İran teqi istifadə olunub
- Pezeşkian və Putin arasında dəhliz söhbəti | Prezidentlər arasında qalmaqal - Baku TV
- Tokayev Pezeşkianla görüşdə Şah İsmayıl və Nadir Şahdan danışdı
- ABŞ İrana yenidən zərbələr endirəcək? - Baku TV CANLI
- ABŞ-li senatordan İranla bağlı təcili xəbərdarlıq
- Güneyli fəalların aclıq aksiyası 46-cı günə çatdı - Baku TV
