"Qərbi Azərbaycana qayıdış mərhələli şəkildə həyata keçiriləcək" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov olub.
O, doğulub boya-başa çatdığı Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndindən söhbət açıb. Bildirib ki, kəndin əvvəlki adı Çuxurlu, Çamırlı, Ortakənd və Hüseynquluağalı olub. Sovet hakimiyyəti illərində bu kəndin adı yenidən dəyişdirilərək böyük partiya və dövlət xadimi Nəriman Nərimanovun adı ilə əlaqələndirilib.
Müsahib bildirib ki, üç minə yaxın sakini olan Nərimanlıda 1988-ci ilə qədər yalnız azərbaycanlılar yaşayıb.
Ötən əsrin əvvəlində və ayrı-ayrı vaxtlarda Qərbi Azərbaycanda soydaşlarımıza qarşı tətbiq edilən deportasiyalardan söhbət açan N.Bayramov deyib ki, 1948-ci il deportasiyasında öz el-obasından didərgin salınanların yarısı elə o dövrdə müxtəlif səbəblərdən həlak olub.
Onun sözlərinə görə, sovet hakimiyyəti illərində Qərbi Azərbaycanda soydaşlarımız daim ermənilərin təzyiqlərinə məruz qalıblar. 1988-ci il hadisələri zamanı isə təkcə Basarkeçər rayonundan 50 minə yaxın azərbaycanlı deportasiya olunub:
“1988-ci ildə ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı müxtəlif təzyiq və təhdidlərə, fiziki və mənəvi işgəncələrə məruz qoyaraq zor gücünə öz evlərindən qovdular. Qış aylarına təsadüf edən bu hadisələr zamanı soydaşlarımız çox böyük çətinliklərlə üz-üzə qaldılar. Onlar arasında öldürülən, əmlakı talananlar da oldu.
Amma Azərbaycanın Qarabağ bölgəsindəki erməniləri heç kim zorla evindən çıxarmadı. Seçimi onlar özləri etdilər. Getmək istəyənlər dinc şəkildə, təhlükəsiz qaydada Qarabağı tərk etdi, qalmaq istəyənlər də hazırda orada yaşayışlarını davam etdirməkdədirlər.
Halbuki Qərbi Azərbaycanda soydaşlarımıza bu cür seçim imkanı yaradılmamış, belə xoş rəftar tətbiq edilməmişdi. Əslində, ermənilərlə azərbaycanlıların bir fərqi də bundadır”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?
- Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV
- Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV
