Siyasət
Pleyeri seçin:

"Urud Qafqazın ən qədim məskənlərindəndir" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

02 oktyabr 2023

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin budəfəki qonağı Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, şair-publisist Musa Quliyev (Urud) olub.

O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Zəngəzur bölgəsindən, Sisyan rayonunun Urud kəndindən söhbət açıb. Bildirib ki, Urud kəndi Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biridir. Millət vəkilinin sözlərinə görə, kənddəki min ildən çox yaşı olan Alban-Türk qəbiristanlığı, Babək qalası, Bazarçay üzərindəki qədim körpü və digər maddi-mədəniyyət abidələri bu yurdun tarixən türklərə məxsusluğunu, burada məskunlaşan əhalinin bizim əcdadlarımız olduğunu ortaya qoyur.

Millət vəkili vurğulayıb ki, 1988-ci ildə yenidən deportasiyaya məruz qalan soydaşlarımıza ümummilli lider Heydər Əliyev siyasi hakimiyyəti dövründə daim mənəvi dayaq olub. Hazırda Milli Məclisdə gəncəli seçiciləri təmsil etdiyini xatırladan deputat bildirib ki, paytaxt Bakıdan sonra ölkəmizin ikinci şəhəri sayılan Gəncədə böyük bir yaşayış məntəqəsi Yeni İrəvan adlanır. Deputatın sözlərinə görə, bu yaşayış məntəqəsində Göyçədən, Zəngəzurdan, İrəvandan, eləcə də Qərbi Azərbaycanın digər bölgələrindən müxtəlif illərdə deportasiyaya məruz qalan soydaşlarımız məskunlaşıblar. M.Quliyev Qərbi Azərbaycan tarixini tədqiq etməyin, öyrənməyin, gələcək nəsillərə çatdırmağın zəruriliyindən də danışıb. Qeyd edib ki, Ermənistan Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək sülh müqaviləsini imzalayandan sonra Qərbi Azərbaycana qayıtmaq an məsələsidir.

Pezeşkian İranın xarici siyasətində nələri dəyişəcək? | Mütəxəssis şərhi

Pezeşkian İranın xarici siyasətində nələri dəyişəcək? | Mütəxəssis şərhi

Siyasət
06 iyul 2024
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi

Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi

Siyasət
06 iyul 2024
Hədəflərinin arxasınca inamla addımlayan Azərbaycan

Hədəflərinin arxasınca inamla addımlayan Azərbaycan

Siyasət
06 iyul 2024
Cevdet Yılmazın Azərbaycana səfəri başa çatdı

Cevdet Yılmazın Azərbaycana səfəri başa çatdı

Siyasət
06 iyul 2024
Əsas məqsədimiz... | Prezident Şərq-Qərb nəqliyyat dəhlizindən danışdı

Əsas məqsədimiz... | Prezident Şərq-Qərb nəqliyyat dəhlizindən danışdı

Siyasət
06 iyul 2024
Prezident İlham Əliyevin Şuşa səfərindən görüntülər

Prezident İlham Əliyevin Şuşa səfərindən görüntülər

Siyasət
06 iyul 2024
İlham Əliyevin Şuşada TDT-nin dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında çıxışı

İlham Əliyevin Şuşada TDT-nin dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında çıxışı

Siyasət
06 iyul 2024
Azərbaycan, Özbəkistan və Qırğızıstan liderlərinin Şuşa gəzintisi

Azərbaycan, Özbəkistan və Qırğızıstan liderlərinin Şuşa gəzintisi

Siyasət
06 iyul 2024
Dünya dövlətlərinə Şuşada keçirilən Zirvə toplantısından mesaj

Dünya dövlətlərinə Şuşada keçirilən Zirvə toplantısından mesaj

Siyasət
06 iyul 2024
TDT-nin Baş katibindən Şuşadakı qeyri-rəsmi iclasla bağlı paylaşım

TDT-nin Baş katibindən Şuşadakı qeyri-rəsmi iclasla bağlı paylaşım

Siyasət
06 iyul 2024
Seçilmişlər
icon