"Vaşinqton görüşünün nəticələrini gözləyin" | ABŞ Dövlət Departamentindən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin əldə edilməsində maraqlı olduğunu bir daha təsdiqləyib”.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Tommi Piqott keçirdiyi brifinqdə deyib.
“ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio dəfələrlə tez bir zamanda razılaşmaya ümid etdiyini bildiriblər. Hər ikisi öz çıxışlarında bunu vurğulayıb. Dövlət katibi hər fürsətdə bu məsələni gündəmə gətirir”, – o bildirib.
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün imzalanması, eləcə də ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilə bağlı sualları cavablandıran Dövlət Departamentinin nümayəndəsi Ağ Evdəki görüşün nəticələrinin elan olunmasını gözləməyi tövsiyə edib.
#Sülh müqaviləsi teqi istifadə olunub
- Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
- Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
