Siyasət
Pleyeri seçin:

Reallığı qəbul etməyən ABŞ-nin ikiüzlü siyasəti

18 noyabr 2023

Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında uydurma “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmələr özünü dünyanın demokratiya beşiyi adlandıran Amerika Birləşmiş Ştatlarının əsl simasını növbəti dəfə ortaya qoydu.

Əvvəla qeyd etmək lazımdır ki, ölkələrin inzibati bölgüsünün təyin edilməsi, bu sahədə dəyişiklik, yenilik və islahatlar aparmaq hər bir dövlətin konstitusiyası ilə müəyyən edilir. Azərbaycan müstəqil dövlət kimi inzibati bölgüsünü də müstəqil şəkildə aparır və onun daxilində Dağlıq Qarabağ adında inzibati ərazi yoxdur.

Təbii ki, bu ad altında ilk dəfə keçirilməyən növbəti dinləmələrdə də beynəlxalq hüquqa və ədalət prinsipinə söykənən heç bir şey gözləmək olmazdı. Belə bir sual yaranır: ABŞ Konqresinin Nümayəndələr Palatası 44 günlük Vətən müharibəsinin Cənubi Qafqaz regionunda yaratdığı yeni geosiyasi mənzərə barədə məlumatsız ola bilərmi? Cavab birmənalıdır: bu, əsla mümkün deyil.

Vyetnamda törətdikləri soyqırımı cinayətindən tutmuş Əfqanıstandakı narkoticarətə, Suriyada yaratdıqları terror dəstələrinin qanlı əməllərinə, o cümlədən hazırda amansızcasına davam edən İsrail-Həmas müharibəsinin yaratdığı məşəqqətə qədər hər şeydən yetərincə məlumatlı olan bu qurumun təmsilçiləri məhz hər şeyi yaxşı bildikləri üçün özlərinə lazım olanı danışır, maraq və mənafelərinə uyğun qərar və qətnamələr qəbul edirlər.

Təəssüflə bildirməliyik ki, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığı 30 il ərzində ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı. Amma 1992-ci ildə ölkəmizə qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi qəbul etdi.

Erməni lobbisinin əlində oyuncağa çevrilən ABŞ Konqresinin Nümayəndələr Palatası öz “missiyasını” inadkarcasına qorumaqla ölkənin korrupsioner imicini daha da ağırlaşdırır. ABŞ Konqresinin Nümayəndələr Palatasında noyabrın 15-də keçirilən uydurma “dinləmələr” bu ölkənin Ermənistanla Azərbaycan arasında sülh və normallaşma prosesi üçün təklif etdiyi vasitəçilik missiyasını tam etibardan salıb.

Vasitəçi tərəf neytral, ədalətli və beynəlxalq hüququn aliliyinə hörmət etməlidir. Amerika Birləşmiş Ştatları çoxdan bu prinsiplərdən uzaq dövlət olduğunu ortaya qoyub.

Bu fond vasitəsilə biz 1 milyard dollar vəsait toplamağa çalışırıq | Yalçın Rəfiyev

Bu fond vasitəsilə biz 1 milyard dollar vəsait toplamağa çalışırıq | Yalçın Rəfiyev

Siyasət
20 iyul 2024
2050-ci ildə qlobal məqsəd kimi.... | İcraçı direktordan açıqlama

2050-ci ildə qlobal məqsəd kimi.... | İcraçı direktordan açıqlama

Siyasət
20 iyul 2024
COP29-un Azərbaycan sədrliyinin mətbuat konfransı keçirildi

COP29-un Azərbaycan sədrliyinin mətbuat konfransı keçirildi

Siyasət
20 iyul 2024
İqlimlə bağlı əziyyət çəkən bütün icmaları... | Muxtar Babayevdən açıqlama

İqlimlə bağlı əziyyət çəkən bütün icmaları... | Muxtar Babayevdən açıqlama

Siyasət
20 iyul 2024
Neçə siyasi partiya seçkidə iştirak üçün müraciət edib?

Neçə siyasi partiya seçkidə iştirak üçün müraciət edib?

Siyasət
20 iyul 2024
Məzahir Pənahov seçki məntəqələrindəki hazırlıqlardan danışdı

Məzahir Pənahov seçki məntəqələrindəki hazırlıqlardan danışdı

Siyasət
19 iyul 2024
Məzahir Pənahovdan seçki ilə bağlı açıqlama | Proses getdikcə sürətlənir

Məzahir Pənahovdan seçki ilə bağlı açıqlama | Proses getdikcə sürətlənir

Siyasət
19 iyul 2024
Fransanın strateji hədəfi nədir? | Ekspertlərdən vacib açıqlama

Fransanın strateji hədəfi nədir? | Ekspertlərdən vacib açıqlama

Siyasət
19 iyul 2024
Jurnalistlərimiz bütün həqiqətləri Makronun üzünə vurdu | Konfransda gərgin anlar

Jurnalistlərimiz bütün həqiqətləri Makronun üzünə vurdu | Konfransda gərgin anlar

Siyasət
19 iyul 2024
1915-ci ildə Çaykəndin əhalisi Tovuz və Gədəbəyə köç edib | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

1915-ci ildə Çaykəndin əhalisi Tovuz və Gədəbəyə köç edib | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
19 iyul 2024
Seçilmişlər
icon