Pleyeri seçin:

Regionda dəyişən geosiyasi vəziyyətin yaratdığı reallıqlar

14 sentyabr 2023 143 baxış

Azərbaycanın sərhəd toxunulmazlığı barədə yaratdığı geosiyasi vəziyyət bütün tərəflərin qəbul etdiyi reallıqdır.

Müstəqil dövlətçilik tariximizə aid bütün bu həqiqətlər Rusiya Prezidenti Vladimir Putinin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasındakı çıxışında da özünü əks etdirib.

Putin bir daha diqqətə çatdırıb ki, Ermənistan rəhbərliyi açıq şəkildə bildirib ki, Azərbaycan SSR-in 1991-ci ilə qədərki ərazisini tanıyır: “Bu bizim qərarımız deyil, Ermənistan rəhbərliyinin qərarıdır”.

İndi isə Vladimir Putinin işarə etdiyi dövlət ərazilərinin qarşılıqlı tanınmasına dair ən son faktı xatırlayaq: Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyulun 15-də üçtərəfli görüş keçirilib.

Şarl Mişel elə həmin gün Brüssel görüşü barədə mətbuata açıqlamasında bu sözləri deyib:

“Görüşdə liderlərin Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha qəti şəkildə təsdiqləmələri ölkələrin ərazi bütövlüyü və sərhəd toxunulmazlığının Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşılıqlı tanınması anlamını aydın ifadə edir”.

Şarl Mişel həmçinin bunları qeyd edib: “Hər iki liderin delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini bir daha təsdiq etməsi isə təcavüzkar tərəfin qarşılıqlı münasibətlərin işğaldan əvvəlki vəziyyətə gətirilməsi ilə barışmaq məcburiyyətində qalması deməkdir.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın düzgün dövlətçilik strategiyası və tarazlaşdırıcı siyasətinin yaratdığı reallıq belədir: hansı böyük dövlət bölgədə özünə lazım olan nüfuzu qoruyub saxlamaq istəyirsə, beynəlxalq hüquqa, regiondakı real geosiyasi vəziyyətə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına dair öhdəliklərə ehtiramla yanaşmalıdır”.

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Siyasət
20 dekabr 2025 143 baxış
Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 dekabr 2025 143 baxış
Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Siyasət
20 dekabr 2025 143 baxış
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 dekabr 2025 143 baxış
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 dekabr 2025 143 baxış
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 143 baxış
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 dekabr 2025 143 baxış
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 dekabr 2025 143 baxış
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 143 baxış
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 dekabr 2025 143 baxış
Seçilmişlər
icon