Pleyeri seçin:

Rəsmi Bakıdan Ketrin Kolonnaya sərt cavab: Fransanın etdiyi qəbuledilməzdir

04 oktyabr 2023 310 baxış

Xarici İşlər Nazirliyi oktyabrın 3-də Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Ermənistana səfəri çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyib və rədd edib.

Bildirilib ki, 30 ilə yaxın müddətdə azərbaycanlıların öz doğma torpaqlarından güc yolu ilə kütləvi şəkildə qovulmasına, onlara qarşı müharibə cinayətləri və kütləvi qırğınlar törədilməsinə heç zaman əhəmiyyət verməyən Fransanın indi heç bir əsas olmadan və BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatların səsləndirdiyi mövqeyə tamamilə zidd olaraq bölgədən könüllü əsasda getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır:

“Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır.

Bu xüsusda, Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilən razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərinin 20%-ə yaxın hissəsini işğal altında saxlamasına, 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbaycanın həyata keçiridiyi antiterror tədbirlərinə qədər ərazilərimizdən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə maneə və bölgədə əsl təhdid olduğuna diqqət çəkmək istəyirik”.

Məlumatda qeyd edilib ki, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyinin həm beynəlxalq təşkilatlar, həm də Ermənistan Baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, Ketrin Kolonnanın Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımları cinayət adlandırması saxtakarlıq olmaqla yanaşı, Fransanın bölgədəki səriştəsiz siyasətini iflasa apardığını nümayiş etdirir.

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 310 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 310 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 310 baxış
ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

Siyasət
25 sentyabr 2026 310 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 310 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 310 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 310 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 310 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 310 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 310 baxış
Seçilmişlər
icon