Pleyeri seçin:

Rusiya-Ermənistan dostluğu tarixə qovuşur, yoxsa...? | Sensasiyalı xəbərin detalları

05 avqust 2025 353 baxış

Yeni Ermənistan-ABŞ hərbi təlimləri İrəvan-Moskva münasibətlərini tamamilə pozacaq, Moskvanın bu demarşa cavabı sərt olacaq.

Bu barədə “Past” qəzeti bildirib.

Ermənistan Müdafiə Nazirliyi bundan əvvəl bəyan edib ki, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində avqustun 12-dən 20-dək Ermənistanda ABŞ ilə birgə “Qartal Tərəfdaşı-2025” hərbi təlimi keçiriləcək.

Təlimdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının hərbçiləri, ABŞ-nin Afrikadakı Milli Qvardiyası və Kanzas quru qoşunları iştirak edəcək.

Erməni nəşri xatırladıb ki, “Qartal Tərəfdaşı” təlimi birinci deyil, ABŞ ilə eyniadlı təlim ötən il də keçirilmişdi:

“Həmin təlim ciddi hay-küy yaratmışdı, təlimin keçirilməsi ilə bağlı Moskva və KTMT üzvlərindən ciddi reaksiyalar verilmişdi və qeyd edilmişdi ki, bir təhlükəsizlik sisteminin üzvü olan Ermənistan başqa düşmən sistemin üzvləri, xüsusilə də ABŞ ilə təlimlər keçirməməlidir.

Təəccüblüdür ki, bu dəfə Moskvadan heç bir tənqidi söz gəlməyib, əlbəttə, olacaq. Ukraynada müharibə aparan Rusiya bu fonda NATO və Qərb dövlətlərinin postsovet ölkələri, xüsusən də strateji tərəfdaşı Ermənistanla hərbi əməkdaşlığına qısqanclıqla yanaşır.

Son nəticədə Ermənistan hansı hərbi-siyasi bloka qoşulmaq istədiyi sualı ilə üzləşəcək”.

Xarici ölkə nümayəndələrinin İrandan Azərbaycana təxliyəsi davam edir - Baku TV

Xarici ölkə nümayəndələrinin İrandan Azərbaycana təxliyəsi davam edir - Baku TV

Siyasət
11 mart 2026 353 baxış
Yaxın Şərqdəki gərginlik müzakirə olundu | Prezidentlərdən zəng - Baku TV

Yaxın Şərqdəki gərginlik müzakirə olundu | Prezidentlərdən zəng - Baku TV

Siyasət
10 mart 2026 353 baxış
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar - türk tarixinin izi

Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar - türk tarixinin izi

Siyasət
10 mart 2026 353 baxış
Müharibənin nəticəsi kimi Çin və Türkiyə Yaxın Şərqdə çoxqütblü model quracaq? - AKTUAL GÜNDƏM

Müharibənin nəticəsi kimi Çin və Türkiyə Yaxın Şərqdə çoxqütblü model quracaq? - AKTUAL GÜNDƏM

Siyasət
10 mart 2026 353 baxış
Tehranın İsrailə zərbələri zamanı Azərbaycan vətəndaşı Amid Murtuzov həlak oldu - Baku TV

Tehranın İsrailə zərbələri zamanı Azərbaycan vətəndaşı Amid Murtuzov həlak oldu - Baku TV

Siyasət
10 mart 2026 353 baxış
Ərəb-İran müharibəsi başlaya bilərmi? - AKTUAL GÜNDƏM

Ərəb-İran müharibəsi başlaya bilərmi? - AKTUAL GÜNDƏM

Siyasət
10 mart 2026 353 baxış
İrana neçə ton humanitar yardım göndərildi? – Agentlik rəsmisindən açıqlama - Baku TV

İrana neçə ton humanitar yardım göndərildi? – Agentlik rəsmisindən açıqlama - Baku TV

Siyasət
10 mart 2026 353 baxış
ABŞ və İran müharibəsində kritik mərhələ: Tərəflər ziddiyyətli açıqlamalar verir - AKTUAL GÜNDƏM

ABŞ və İran müharibəsində kritik mərhələ: Tərəflər ziddiyyətli açıqlamalar verir - AKTUAL GÜNDƏM

Siyasət
10 mart 2026 353 baxış
Ərdoğan İrana səsləndi | Oğul Xameneinin atasından fərqi | Tramp Putinlə danışdı - YENİ BİR SƏHƏR

Ərdoğan İrana səsləndi | Oğul Xameneinin atasından fərqi | Tramp Putinlə danışdı - YENİ BİR SƏHƏR

Siyasət
10 mart 2026 353 baxış
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək - Baku TV

Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək - Baku TV

Siyasət
10 mart 2026 353 baxış
Seçilmişlər
icon