Siyasət
Pleyeri seçin:

Rusiya təklif etdi, amma... | Görüşün keçirilməsini istəməyən hansı tərəfdir?

10 oktyabr 2024 84 baxış

Rusiyanın paytaxtı Moskvada keçirilən MDB dövlət başçılarının sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında nəzərdə tutulan görüş baş tutmayıb.

Rusiya tərəfi əvvəldən belə bir görüş keçirmək təklifi səsləndirmişdi. Bu, rəsmi Moskva üçün də danışıqlar prosesində irəli çıxmaq baxımından önəmli idi. MDB sammitində bunun üçün yaxşı fürsət də yaranmışdı.

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov görüşün baş tutmamasının səbəbini "üçtərəfli toplantı ilə bağlı fikir bəziləri tərəfindən dəstəklənmir" sözləri ilə izah edib.

Y.Uşakov konkret kimin görüşdən imtina etdiyini açıqlamasa da, ehtimal ki, bu, Ermənistan tərəfidir. Çünki Azərbaycan Rusiyanın vasitəçilik təşəbbüsünə müsbət baxır və Vladimir Putinin Bakıya səfəri zamanı da bu fikir təsdiqini tapıb. Ancaq Ermənistan bundan imtina edirdi.

Nikol Paşinyanın bu məsələdə Rusiyadan qaçmasının 2 əsas səbəbi var. Birincisi Zəngəzur dəhlizi ilə bağlıdır ki, bu məsələdə Azərbaycan və Rusiyanın mövqeyi üst-üstə düşür.

N.Paşinyanı qorxudan budur ki, danışıqlar masasında Zəngəzur dəhlizi məsələsində təklənəcək. İkinci səbəb isə Ermənistanın Rusiya ilə münasibətləri soyudaraq Qərbə doğru yaxınlaşmaq siyasətidir.

Aydın məsələdir ki, İrəvanın Qərbdəki müttəfiqləri ABŞ və Fransa Rusiyanın bu məsələdə təşəbbüsü əlinə almasını istəmir. Hazırda onların təzyiqi ilə hərəkət edən N.Paşinyanın da bu istəyə boyun əyərək görüşdən imtina etdiyi görünür.

Erməni Baş nazirin Moskvada Qərbə yarınmaq üçün atdığı daha bir mühüm addım isə Rusiya hərbçilərinin Ermənistanın Türkiyə və İranla sərhədindən çıxarılmasına dair razılığın əldə olunmasıdır.

Rusiya üçün vacib olan yeganə amil Gümrüdəki hərbi bazanın mövcudluğunu qoruyub saxlamaqdır.

Moskvada İ.Əliyev və N.Paşinyanla ayrı-ayrılıqda görüşən V.Putin hər iki liderlə Zəngəzur dəhlizi məsələsini müzakirə edib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Azərbaycan və Rusiya prezidentləri arasında Zəngəzurla bağlı müzakirə müsbət keçsə də, Ermənistanın Baş naziri dəhlizin açılmasına yenidən qarşı çıxıb. Bu da bir daha görüşdən imtina edən tərəfin Ermənistan olduğunu sübut edir.

Görüşün baş tutmaması yenidən "vasitəçisiz danışıqlar" məsələsini aktuallaşdırıb. Azərbaycan və Ermənistan liderləri dəfələrlə həm Rusiya, həm də Qərb liderlərinin vasitəsilə görüşlər keçiriblər. Ancaq vasitəçili görüşlərin effektivliyi azdır.

Mühüm məsələləri – qeyri-anklav kəndlər, delimitasiya prosesi ilə bağlı müsbət qərarların qəbul edilməsi də iki tərəf arasında birbaşa təmasın nəticəsində mümkün olmuşdu. Bu da bir daha onu göstərir ki, vasitəçilərsiz birbaşa təmas hazırda ən uğurlu variantdır.

Rusiya və Ukrayna görüşündən sonra qərar verildi | Əməkdaşımız ən son məlumatları çatdırdı

Rusiya və Ukrayna görüşündən sonra qərar verildi | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
16 may 2025 84 baxış
Azərbaycan və Qazaxıstan hərbçiləri görüşdü | Nələr müzakirə edildi?

Azərbaycan və Qazaxıstan hərbçiləri görüşdü | Nələr müzakirə edildi?

Siyasət
16 may 2025 84 baxış
Albaniyadakı İlham Əliyev və Kaya Kallasın görüşündən görüntülər

Albaniyadakı İlham Əliyev və Kaya Kallasın görüşündən görüntülər

Siyasət
16 may 2025 84 baxış
İlham Əliyevin "Avropa Siyasi Birliyi"  6-cı Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər

İlham Əliyevin "Avropa Siyasi Birliyi" 6-cı Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər

Siyasət
16 may 2025 84 baxış
İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub

İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub

Siyasət
16 may 2025 84 baxış
"Kəndi tərk edəndə 12 yaşım vardı, meşədə azmışdım" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Kəndi tərk edəndə 12 yaşım vardı, meşədə azmışdım" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
16 may 2025 84 baxış
Albaniya bu məsələlərdə geri qalır | Azərbaycandan mühüm dəstək

Albaniya bu məsələlərdə geri qalır | Azərbaycandan mühüm dəstək

Siyasət
16 may 2025 84 baxış
Azərbaycan Prezidenti kübar davranışı ilə diqqət çəkib | Albaniyadan görüntülər

Azərbaycan Prezidenti kübar davranışı ilə diqqət çəkib | Albaniyadan görüntülər

Siyasət
16 may 2025 84 baxış
İlham Əliyev və Ərdoğan Albaniyada bir araya gəldi | Görüşdən görüntülər

İlham Əliyev və Ərdoğan Albaniyada bir araya gəldi | Görüşdən görüntülər

Siyasət
16 may 2025 84 baxış
Paşinyan İTV-yə müsahibə verdi | Ermənistanın Baş naziri diqqəti yayındırmaq istəyir, yoxsa...?

Paşinyan İTV-yə müsahibə verdi | Ermənistanın Baş naziri diqqəti yayındırmaq istəyir, yoxsa...?

Siyasət
16 may 2025 84 baxış
Seçilmişlər
icon