Siyasət
Pleyeri seçin:

Rusiyalı ekspert ermənistanı tənqid etdi

22 noyabr 2023

Rusiya ilə Ermənistan arasında münasibətlər getdikcə gərginləşir.

Belə ki, Baş nazir Nikol Paşinyanın ardından ölkənin müdafiə naziri Suren Papikyan və xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 22-də Minskdə keçiriləcək iclasında iştirakdan imtina edib.

Bundan başqa, Ermənistan parlamentinin spikeri Alen Simonyan da təşkilatın dekabrda keçiriləcək tədbirinə qatılmayacaq.

Bəs görəsən, rəsmi İrəvanın bu addımlarının arxasında nə dayanır? Məsələni Baku TV-yə şərh edən rusiyalı hərbi ekspert Yevgeni Mixaylov hesab edir ki, Ermənistan bu addımla Rusiya ilə müttəfiqlik münasibətlərinə son qoymaq istəyir:

“Rusiya və Ermənistan arasında münasibətlərin bu həddə çatmasına mən təəccüblənmirəm. N.Paşinyanın hakimiyyətə gəlməsi ilə ölkə qərbyönlü olduğunu ortaya qoymuş oldu. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyalarında iştirak etməsindən imtina etməsində də təəccüblü bir hal yoxdur.

Bu hərəkətlərin arxasında bir məqsəd dayanır: Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərinə son qoymaq. Bildirirlər ki, hərbi əməliyyatlar zamanı KTMT Ermənistana köməklik etmədi. Niyə köməklik etməlidir? Azərbaycan Ermənistan ərazisinə, dinc insanlara hücum etməyib axı. Bütün günahlar Ermənistanın özündədir, Qarabağı Azərbaycanın ərazisi olaraq qəbul etmirdi.

Hakimiyyət düzgün siyasət yürütmürdü, öncə etməli olduğunu sonda etdi. KTMT ancaq və ancaq Ermənistanı qorumaq üçün yaranmayıb. Mən düşünürəm ki, vəziyyət daha da gərginləşəcək. Çünki Qərb ölkələri Ermənistan üzərində güclərini göstərməkdə davam edirlər. İrəvan bu yolla bank hesablarını doldurur, vəziyyətdən narahat deyil.

Bütün bunlara baxmayaraq, düşünürəm ki, Ermənistan cəmiyyəti hakimiyyətin davranışlarına son qoymaq gücünə qadirdir. İnsanlar birləşərək rəhbərliyə kimin dost, kimin əsl düşmən olduğunu göstərə biləcəklər. Əgər bunlar baş verərsə, nəticədə Nikol Paşinyan və ətrafı uduzacaq”.

Qeyd edək ki, bir müddət öncə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin təşkilatın sessiyasını boykot etməsinin səbəbini açıqlamış və qeyd etmişdi ki, Ermənistan Azərbaycanla hərbi əməliyyatlar zamanı KTMT-dən yardım istəsə də, kömək almayıb.

Azərbaycan minillik erməni ideologiyasını necə məhv etdi? | BAKU ANALİTİK

Azərbaycan minillik erməni ideologiyasını necə məhv etdi? | BAKU ANALİTİK

Siyasət
16 may 2024
Ermənistandakı etirazların sifarişçiləri kimlərdir? | Markovdan vacib açıqlama

Ermənistandakı etirazların sifarişçiləri kimlərdir? | Markovdan vacib açıqlama

Siyasət
16 may 2024
Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib

Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib

Siyasət
16 may 2024
İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib

Siyasət
16 may 2024
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Siyasət
16 may 2024
Keşişin başlatdığı aksiyanın məqsədi bəlli oldu | Etirazlar genişlənir

Keşişin başlatdığı aksiyanın məqsədi bəlli oldu | Etirazlar genişlənir

Siyasət
16 may 2024
Azərbaycan və Belarus arasında sənədlərin imzalanma mərasimi keçirildi

Azərbaycan və Belarus arasında sənədlərin imzalanma mərasimi keçirildi

Siyasət
16 may 2024
BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi

Siyasət
16 may 2024
Paşinyan Bakıya görə hamıya qarşı gələcək? - Siyasi şərhçidən açıqlama

Paşinyan Bakıya görə hamıya qarşı gələcək? - Siyasi şərhçidən açıqlama

Siyasət
16 may 2024
Belarus Prezidenti Lukaşenko Bakıda | Səfərdən görüntülər

Belarus Prezidenti Lukaşenko Bakıda | Səfərdən görüntülər

Siyasət
16 may 2024
Seçilmişlər
icon