Siyasət
Pleyeri seçin:

Rusiyalı ekspert Putinin Azərbaycana səfərindən danışdı | Fransa kimi parazit ölkələrin…

20 avqust 2024

Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-19-da Azərbaycana səfəri dövlətlər arasında münasibətlərin yüksək səviyyədə olduğunun bir daha təsdiqidir.

Səfər zamanı Rusiya və Azərbaycan altı sənəd – üç saziş və üç memorandum imzalayıb. Tərəflər həmçinin birgə bəyanat qəbul ediblər. Prezident İlham Əliyev bu səfərin xüsusi xarakter daşıdığını vurğulayıb.

Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən rusiyalı hərbi ekspert İqor Korotçenko Vladimir Putinin Azərbaycana səfərinin çox məhsuldar olduğunu bildirib:

“Rusiya və Azərbaycan qarşılıqlı ticari-iqtisadi, eləcə də perspektivli enerji layihələri üzrə bir sıra sazişlər imzalayıb. Rusiya liderinin səfərinin nəticələrinin müstəsna dərəcədə yüksək olduğunu deyə bilərik. İki ölkənin münasibətləri yeni səviyyəyə yüksəlib.

Rusiya Azərbaycanı özünün etibarlı strateji tərəfdaşı, müttəfiqi, heç bir problemi olmayan ölkə kimi görür. Siyasi, iqtisadi, hərbi-texniki sahələrdə əlaqələr uğurla inkişaf edir. Bu münasibətlər başqa dövlətlər üçün nümunə olmalıdır”.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan bu gün Cənubi Qafqazda aparıcı roldadır və təkcə öz ərazisindəki deyil, həm də Cənubi Qafqaz regionundakı ümumi vəziyyətə görə məsuliyyət daşıyır:

“Azərbaycan hazırda beynəlxalq münasibətlərin əsas iştirakçısı, qlobal miqyasda təşəbbüslər həyata keçirən nüfuzlu, hörmətli ölkədir. Rəsmi Bakının həyata keçirdiyi digər mühüm iş isə Fransa kimi parazit ölkələrin öz müstəmləkələrini istismar etmək prinsipindən məhrum etmək siyasətidir.

Müstəmləkəçilik əleyhinə mübarizə aparır. Ümumiyyətlə, bizim ümumi vəzifəmiz Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana bu tarixi dövlət səfəri zamanı əldə edilmiş qərarları və razılaşmaları səmərəli şəkildə həyata keçirməkdir”.

Lüksemburq DP-nin qətnaməsinə Milli Məclisdən sərt reaksiya | Bu, kənara qoyulmalıdır!

Lüksemburq DP-nin qətnaməsinə Milli Məclisdən sərt reaksiya | Bu, kənara qoyulmalıdır!

Siyasət
21 noyabr 2024
COP29-un 11-ci günü BMT-nin Baş katibi çıxış etdi | Tədbirin ən uğurlu günü - COP BAKU

COP29-un 11-ci günü BMT-nin Baş katibi çıxış etdi | Tədbirin ən uğurlu günü - COP BAKU

Siyasət
21 noyabr 2024
Bakı və İrəvan sülhə yaxındır ? | Türkiyə XİN rəhbərindən açıqlama

Bakı və İrəvan sülhə yaxındır ? | Türkiyə XİN rəhbərindən açıqlama

Siyasət
21 noyabr 2024
Yaşıl və mavi zonalarda silsilə tədbirlər təşkil olundu | Muxtar Babayevdən mühüm açıqlamalar

Yaşıl və mavi zonalarda silsilə tədbirlər təşkil olundu | Muxtar Babayevdən mühüm açıqlamalar

Siyasət
21 noyabr 2024
"Fransa Ermənistandan çox düşmənçilik edir" | BAKU ANALİTİK

"Fransa Ermənistandan çox düşmənçilik edir" | BAKU ANALİTİK

Siyasət
21 noyabr 2024
COP29-un 11-ci günü yekunlaşdı | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 11-ci günü yekunlaşdı | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
21 noyabr 2024
İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?

İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?

Siyasət
21 noyabr 2024
BMT-nin Baş katibi COP29-da çağırış etdi | Bu mövqeyinizi yumşaltmalısınız, yoxsa...

BMT-nin Baş katibi COP29-da çağırış etdi | Bu mövqeyinizi yumşaltmalısınız, yoxsa...

Siyasət
21 noyabr 2024
Rusiyada dezinformasiyalar üzrə mühüm tədbir | Azərbaycanı "Global Media Group" təmsil etdi

Rusiyada dezinformasiyalar üzrə mühüm tədbir | Azərbaycanı "Global Media Group" təmsil etdi

Siyasət
21 noyabr 2024
Aleksandr Sayer COP29-da media ilə bağlı yaradılan şəraitdən danışdı

Aleksandr Sayer COP29-da media ilə bağlı yaradılan şəraitdən danışdı

Siyasət
21 noyabr 2024
Seçilmişlər
icon