Pleyeri seçin:

Rusiyalı ekspertdən Vaşinqton görüşü ilə bağlı sensasiyalı açıqlama | Görüşün əsas nəticələri

11 avqust 2025 235 baxış

“Rusiya Prezidenti Vladimir Putinin 2020-ci il noyabrın 10-da Azərbaycan və Ermənistan liderləri ilə imzaladığı üçtərəfli bəyanatın sülh prosesi və tarixdəki rolu tükənib”.

Bunu rusiyalı ekspert Kristina Yermak Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən görüşün nəticələrini şərh edərkən deyib.

Ermənistan KİV-ə danışan ekspert hesab edir ki, Vaşinqtonda imzalanmış sülh sazişinə dair üçtərəfli bəyannamə Ermənistan-Azərbaycan sülh prosesində yeni mərhələni başladıb:

“Son bir həftə ərzində informasiya sahəsi hadisələrin inkişafı və Donald Trampla görüşün perspektivləri ilə bağlı ümidverici dəyişikliklərlə dolu olub. Ağ Ev sammiti “tarixi” adlandırıb. Ümidverici gözləntilərə paralel olaraq sülh müqaviləsinin mümkün imzalanması ilə bağlı müsbət mesajlar da verilir”.

Yermakın fikrincə, görüşün nəticələri onun motivlərinin iki ölçüsünü müəyyən edib: üçtərəfli format və ikitərəfli qarşılıqlı fəaliyyət:

“İrəvan və Bakı arasında ABŞ-nin iştirakı ilə aparılan danışıqlar tərəflərin münaqişəni sülh xəttinə çevirmək üçün son bir ildə ilk cəhdi deyil. İlin əvvəlində Vaşinqtonda regiona və xüsusilə Ermənistan-Azərbaycan trekinə maraq minimal idi. Amma Donald Trampın gəlişindən sonra bu, proqnozlaşdırılan idi: tezliklə siyasi diqqət İrəvanla Bakı arasında danışıqlara yönələcək. Vaşinqton üçün yalnız vaxt və güclər arasında balans vacibdir”.

Politoloq vurğulayıb ki, ABŞ və Azərbaycan arasında tərəfdaşlıq da yeni səviyyəyə yüksəlir:

“İlham Əliyev və Donald Tramp strateji tərəfdaşlıqla bağlı Saziş imzalayıb, bunun əsasında xartiyanın hazırlanması planlaşdırılır. Paralel olaraq Bakı və Vaşinqton arasında neft-qaz sahəsində əməkdaşlıq genişlənir: SOCAR və “ExxonMobil” Əməkdaşlıq Memorandumu imzalayıb”.

Ekspert qeyd edib ki, real nəticələri İrəvanla Bakı arasında danışıqlar yekunlaşdıqdan sonra qiymətləndirmək olar:

“Vasitəçinin kimliyindən və görüşün kimin ərazisində keçiriləcəyindən asılı olmayaraq dəyişməyəcək mühüm bir nüans var ‒ Bakının ilkin şərtləri. Bura əsasən Ermənistan Konstitusiyasının dəyişdirilməsi daxildir. Bakının digər bir tələbi çərçivəsində artıq ATƏT-in Minsk qrupunun buraxılması prosesinə start verilib. Çox güman ki, bütün rəsmi prosedurlar təqvim ilinin sonuna qədər tamamlanacaq”.

Yermak əlavə edib ki, Vaşinqton görüşlərinin nəticələri İrəvan-Bakı münasibətlərinin formalaşmasında sülhün əsas olacağını təsdiqləyib.

Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
14 dekabr 2025 235 baxış
COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

Siyasət
14 dekabr 2025 235 baxış
Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
13 dekabr 2025 235 baxış
Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Siyasət
13 dekabr 2025 235 baxış
Zərdab sakinləri palçıqlı yollardan şikayətləndi - 24 SAAT

Zərdab sakinləri palçıqlı yollardan şikayətləndi - 24 SAAT

Siyasət
13 dekabr 2025 235 baxış
Türkmənistanda "Beynəlxalq Sülh və Etimad Forumu" keçirilib - Baku TV

Türkmənistanda "Beynəlxalq Sülh və Etimad Forumu" keçirilib - Baku TV

Siyasət
12 dekabr 2025 235 baxış
"Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA

"Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA

Siyasət
12 dekabr 2025 235 baxış
“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
12 dekabr 2025 235 baxış
Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV

Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV

Siyasət
12 dekabr 2025 235 baxış
Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV

Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV

Siyasət
12 dekabr 2025 235 baxış
Seçilmişlər
icon