Siyasət
Pleyeri seçin:

Rusiyalı politoloq Bakı-Moskva münasibətlərindən danışdı

23 aprel 2024 4 baxış

Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması iki ölkə arasındakı münasibətlərin möhkəmliyinə işarədir.

Bu fikirləri “NEWS.ru”ya müsahibəsində politoloq, Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov deyib.

Onun sözlərinə görə, Bakı ilə Moskva arasındakı münasibətlər sınaqlardan uğurla çıxıb.

“Moskva ilə Bakı arasındakı münasibətlər bu çətin dövrdə öz gücünü və faydalı olduğunu göstərdi. Sülhməramlıların vaxtından əvvəl çıxarılması müstəsna olaraq Rusiya ilə Azərbaycan arasında olan mehriban qonşuluq münasibətləri çərçivəsində baş tutub. Bu münasibətlər Ermənistanın get-gedə Avropaya üz tutması fonunda daha vacib məsələdir.

Məsələ bundadır ki, Azərbaycan Ermənistandan fərqli olaraq özünü etibarlı, proqnozlaşdırıla bilən və dürüst tərəfdaş kimi göstərdi. Prezident İlham Əliyev isə işini bilən, danışıqlar aparmağı bacaran siyasətçi kimi bir daha özünü təsdiqlədi. Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə İrəvanın Kremlin xarici siyasətində təkcə formal deyil, həm də faktiki olaraq imtiyazlı mövqeyinə son qoydu. Bu, təkcə Ermənistan hakimiyyətinin uğursuz siyasəti ilə deyil, həm də Azərbaycanın layiqli və nəcib davranışı ilə bağlıdır”, – o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi işgüzar səfərə gedib.

Mövqelərimiz hansı pulemyotlarla atəşə tutulub? | Ekspertlər Ermənistanın əməllərindən danışdı

Mövqelərimiz hansı pulemyotlarla atəşə tutulub? | Ekspertlər Ermənistanın əməllərindən danışdı

Siyasət
10 yanvar 2025 4 baxış
Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanladı

Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanladı

Siyasət
10 yanvar 2025 4 baxış
“Ruslar 1988-ci ilin yayında bizi maşınlara doldurub Araz çayının qırağına tökdülər”

“Ruslar 1988-ci ilin yayında bizi maşınlara doldurub Araz çayının qırağına tökdülər”

Siyasət
10 yanvar 2025 4 baxış
Sülh müqaviləsi nə vaxt imzalanacaq? - Hakan Fidandan diqqətçəkən şərh

Sülh müqaviləsi nə vaxt imzalanacaq? - Hakan Fidandan diqqətçəkən şərh

Siyasət
10 yanvar 2025 4 baxış
Əməkdaşlar təxliyə edildi | XİN-dən Los-Ancelesdəki hadisə barədə təcili məlumat

Əməkdaşlar təxliyə edildi | XİN-dən Los-Ancelesdəki hadisə barədə təcili məlumat

Siyasət
10 yanvar 2025 4 baxış
Prezident Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət
10 yanvar 2025 4 baxış
Litva səfiri etimadnaməsini İlham Əliyevə təqdim etdi | Qəbuldan görüntülər

Litva səfiri etimadnaməsini İlham Əliyevə təqdim etdi | Qəbuldan görüntülər

Siyasət
10 yanvar 2025 4 baxış
Suriyanın siyasi xəritəsində Türkiyənin rolu - HƏRBİ XRONİKA

Suriyanın siyasi xəritəsində Türkiyənin rolu - HƏRBİ XRONİKA

Siyasət
10 yanvar 2025 4 baxış
Azərbaycana yeni səfirlər təyin olundu | Prezident qəbul keçirdi

Azərbaycana yeni səfirlər təyin olundu | Prezident qəbul keçirdi

Siyasət
10 yanvar 2025 4 baxış
Prezidentdən sərəncamlar | Samir Şərifov yeni vəzifəyə təyin edildi

Prezidentdən sərəncamlar | Samir Şərifov yeni vəzifəyə təyin edildi

Siyasət
10 yanvar 2025 4 baxış
Seçilmişlər
icon