Rusiyanın təbliğat kuklaları yalnız qışqırır - Fakt isə Azərbaycanın tərəfindədir
Yeniliklərdən dərhal xəbərdar olun
“Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına açıqladığı faktlar Kremlin canına vəlvələ salıb. Rusiyada səhnəyə bu dəfə isə Sergey Mardan çıxıb. O bildirir ki, Azərbaycanın və onun liderinin qazandıqları Moskvanın hədiyyəsidir. Əgər siz bu qədər ədalətli və humanist idinizsə, ümumrespublikalarda fərqli millətlərdən olan mütəfəkkirləri kim güllələdi? Ərləri, ataları sizin üçün döyüşən qadınları və uşaqları soyuq qış günlərində vaqonlarla kim sürgün etdi?!”.
Bu barədə Baku TV-də yayımlanan süjetdə qeyd olunub. Məsələ ilə bağlı açıqlama verən jurnalist Turan İbrahimovun sözlərinə görə, Sergey Mardan jurnalist kimi fəaliyyətə başladığı ilk vaxtlardan deyib ki, dövlət haqlıdır, dövləti tənqid edənlərin hətta dərisini də soymaq lazımdır:
“Onun belə radikal çıxışları var və bu insan üçün ideal dövlət rəhbəri Stalindir. Bütün bunları bildikdən sonra Sergey Mardan kimi birindən Azərbaycana, digərlərinə və ümumiyyətlə, jurnalistikaya qarşı normal bir münasibət gözləmək mümkün deyil”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
