Pleyeri seçin:

Rusiyaya yeni səfir təyin olunan şəxs kimdir? - İlham Əliyev sərəncamlar imzaladı

01 oktyabr 2024 311 baxış

Rəhman Mustafayev Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, 1963-cü ildə Bakıda anadan olan Rəhman Mustafayev Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb. 1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994-1997-ci illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi olub. 1997-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 2000-2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində müşavir, 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub. Həmin ildən 2009-cu ilədək Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olan Rəhman Mustafayev daha sonra ölkəmizin Yunanıstanda, eyni zamanda Albaniyada, daha sonra isə Fransada fövqəladə və səlahiyyətli səfiri olub. 61 yaşlı diplomat 2022-ci ilin oktyabrından Azərbaycanın Niderlanddakı səfiri idi.

Banner
Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
26 oktyabr 2026 311 baxış
İlham Əliyevin sosial media hesablarında paylaşım edilib - Baku TV

İlham Əliyevin sosial media hesablarında paylaşım edilib - Baku TV

Siyasət
26 oktyabr 2026 311 baxış
Görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub - Baku TV

Görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub - Baku TV

Siyasət
26 oktyabr 2026 311 baxış
Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
26 oktyabr 2026 311 baxış
Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
26 oktyabr 2026 311 baxış
Prezident və İsmayıl Ould Şeyx Əhmədi arasında mühüm müzakirələr - Baku TV

Prezident və İsmayıl Ould Şeyx Əhmədi arasında mühüm müzakirələr - Baku TV

Siyasət
26 oktyabr 2026 311 baxış
İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Siyasət
26 oktyabr 2026 311 baxış
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Siyasət
26 oktyabr 2026 311 baxış
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Baku TV

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Baku TV

Siyasət
26 oktyabr 2026 311 baxış
Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM

Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM

Siyasət
26 oktyabr 2026 311 baxış
Seçilmişlər
icon