Sahibə Qafarovadan COP29-da sərt mesajlar | Bəziləri unudurlar ki...
“Azərbaycan COP29-a hazırlıqlar zamanı bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib”.
Bunu Milli Məclisin spikeri Sahibə Qafarova COP29 Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, bu fəaliyyətlərdə az sayda milli parlamentlər və parlamentlərarası təşkilatlar da öz acınacaqlı rolunu oynayıb:
“Aydındır ki, bəziləri ümumi çağırışlar qarşısında dialoqun, əməkdaşlığın və həmrəyliyin gücünü unudurlar. Digər tərəfdən, onlar hələ də başa düşmürlər ki, kritik əhəmiyyətinə görə iqlim dəyişikliyi məsələsi onların dar maraqlarını və siyasi motivli ambisiyalarını nümayiş etdirmək üçün platforma ola bilməz. Bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla başladı və işini uğurla davam etdirir”.