Sərhəddəki təxribatın arxasındakı qüvvə | Qərb, “Yerkrapa”, yoxsa…?
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyalı rəsmilər Ermənistan-Azərbaycan şərti sərhəddində baş verən son insidentin Qərbin maraqlarına uyğun olduğuna işarə edirlər.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi general-polkovnik Andrey Serdyukov fevralın 14-də açıqlama verərək Qərbin Bakı ilə İrəvan arasında postmünaqişə dövründə nizamlanmaya təsir göstərməyə çalışdığını bildirib. İki gün sonra oxşar açıqlama Rusiya Federal Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevdən gəlib.
“Qərb Cənubi Qafqazda vəziyyəti qarışdırmağa, Ermənistan-Azərbaycan həll prosesinə müdaxilə etməyə çalışır” deyən N.Patruşev bunun bölgədə vəziyyətin gərginləşməsinə səbəb olduğunu vurğulayıb”.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, əlbəttə, Qərb mələk deyil, Ermənistanı yalançı vədlərlə qorumağa çalışır: “Ancaq son insidentdə Azərbaycan hərbçilərinə atəş açan “Yerkrapa” terror təşkilatının üzvləri olub. Onlar isə Birinci Qarabağ müharibəsindən bu yana Rusiyanın hərbi agenturası ilə bağlıdır.
Azərbaycanla Ermənistan arasında Qərbin xüsusi vasitəçiliyinə ehtiyac olmadığı kimi, Rusiyanın da fəallığına ehtiyacımız yoxdur.
Dövlət başçısı İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində fikrini aydın ifadə edib: “Vasitəçiyə ehtiyacımız yoxdur, gedin, işinizlə məşğul olun!”. Bu sözlər həm Qərbə, həm də Rusiyaya aiddir”.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
