Pleyeri seçin:

ŞƏT sammitində liderlər hansı mesajları verdilər?

03 sentyabr 2025 506 baxış

Cənubi Qafqazda sülh prosesi yeni mərhələyə qədəm qoyur.

Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammitində Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmalara dəstək ifadə edilib. Liderlərin mesajları regionda davamlı sabitliyin reallaşacağına ümidləri artırıb.

Prezident İlham Əliyev Cənubi Qafqazda sülh prosesinin tarixi əhəmiyyətini vurğulayıb və Azərbaycanla Ermənistan arasında əldə olunan nəticələrin yalnız iki ölkə üçün deyil, bütün regionda davamlı sabitliyin təmin olunmasına xidmət etdiyini bildirib.

Prezident qeyd edib ki, konstruktiv dialoq və qarşılıqlı etimad sülhün möhkəmlənməsi üçün əsas şərtlərdir.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə sammitdəki çıxışında rəsmi İrəvanın Bakı ilə razılaşmalara sadiqliyini bir daha təsdiqləyib. O bildirib ki, bu sazişlərin icrası yalnız iki ölkə arasında deyil, bütün region üçün yeni imkanlar yaradacaq:

“Ermənistanın əldə edilmiş razılaşmalara sadiqliyini təsdiqləmək istəyirəm və biz bu razılaşmaları mümkün qədər tez həyata keçirmək əzmindəyik. Bunun nəticəsində regionda yeni logistik imkanlar açılacaq”.

Cənubi Qafqazda sülhə dəstəyini ifadə edənlərdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. O, bölgədə atılan addımların ümidverici olduğunu deyərək, sülhün iqtisadi və nəqliyyat əməkdaşlığını gücləndirəcəyinə diqqət çəkib.

Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan görüşdə də Azərbaycan-Ermənistan münasibətləri müzakirə mövzusu olub. İran lideri razılaşmaları dəstəklədiyini bəyan edib, eyni zamanda Cənubi Qafqazda xarici hərbi qüvvələrin yerləşdirilməsinə qarşı çıxıb.

Şanxay Əməkdaşlıq Təşkilatının sammitində səslənən bu açıqlamalar bir daha göstərir ki, Cənubi Qafqazda sülh təkcə Bakı və İrəvan üçün deyil, regionun bütün dövlətləri üçün strateji əhəmiyyət daşıyır. İndi əsas məsələ əldə olunan razılaşmaların praktik addımlarla dəstəklənməsi və bölgədə dayanıqlı sabitliyin təmin olunmasıdır.

Hörmüz məsələsi gündəmdən düşmür | Trampdan açıqlama | Qəzzada yeni həyat - YENİ BİR SƏHƏR

Hörmüz məsələsi gündəmdən düşmür | Trampdan açıqlama | Qəzzada yeni həyat - YENİ BİR SƏHƏR

Siyasət
07 avqust 2026 506 baxış
Zelenski Ukrayna xalqı ilə həmrəyliyə görə Azərbaycana minnətdarlığını bildirdi - Baku TV

Zelenski Ukrayna xalqı ilə həmrəyliyə görə Azərbaycana minnətdarlığını bildirdi - Baku TV

Siyasət
07 avqust 2026 506 baxış
Bərpa olunan lisey və poliklinika | Azərbaycanın humanitar yardım töhfəsi - Baku TV

Bərpa olunan lisey və poliklinika | Azərbaycanın humanitar yardım töhfəsi - Baku TV

Siyasət
07 avqust 2026 506 baxış
Azərbaycanın mövqeyi Ukrayna tərəfindən yüksək dəyərləndirildi - Baku TV

Azərbaycanın mövqeyi Ukrayna tərəfindən yüksək dəyərləndirildi - Baku TV

Siyasət
06 avqust 2026 506 baxış
Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV

Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV

Siyasət
06 avqust 2026 506 baxış
"Münasibətlər daha da inkişaf edib" | İki ölkə arasında əlaqələr güclənir - Baku TV

"Münasibətlər daha da inkişaf edib" | İki ölkə arasında əlaqələr güclənir - Baku TV

Siyasət
06 avqust 2026 506 baxış
Azərbaycan xarici işlər naziri Kiyevdə bir sıra görüşlər keçirir - Baku TV

Azərbaycan xarici işlər naziri Kiyevdə bir sıra görüşlər keçirir - Baku TV

Siyasət
06 avqust 2026 506 baxış
Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV

Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV

Siyasət
06 avqust 2026 506 baxış
Ceyhun Bayramov Ukraynada həmkarı Andrey Sibiqa ilə görüşdü - Baku TV

Ceyhun Bayramov Ukraynada həmkarı Andrey Sibiqa ilə görüşdü - Baku TV

Siyasət
06 avqust 2026 506 baxış
Rusiya buğdası daşıyan qatar Biləcəridən yola düşdü

Rusiya buğdası daşıyan qatar Biləcəridən yola düşdü

Siyasət
06 avqust 2026 506 baxış
Seçilmişlər
icon