Simonyan: Ermənilər də Azərbaycana gedəcək və ölkələr arasında ticarət ediləcək
“Azərbaycan sülh müqaviləsinin bağlanmasını süni surətdə çətinləşdirə biləcək bəzi məsələləri gündəliyə daxil etməyə çalışır”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin “əgər İrəvan Qarabağ ermənilərinin məsələlərini saziş layihəsinə daxil etmək istəyirsə, bu, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların geri qayıtmaq və yaşamaq hüququna da şamil edilməlidir” bəyanatını şərh edərkən deyib.
“Bunu çox mənfi qiymətləndirirəm. Daim bu haqda danışmaq süni problemlər yaradır. Məsələn, gürcülər Ermənistana yaşamağa gəlsələr, hər hansı bir maneə olacaqmı? Gürcüstanla müqavilədə bu haqda yazışmışıq? Əlbəttə, yox.
İstisna etmirəm ki, vaxt gələcək və ermənilər gedib Azərbaycanda yaşayacaq, bəzi azərbaycanlılar da gəlib Ermənistanda yaşayacaq və bir-biri ilə ticarət edəcəklər. Biz eyni bölgədə yaşayırıq və bütün problemləri həll etməyə çalışmalıyıq”, – o bildirib.
#Alen Simonyan teqi istifadə olunub
- “Bunun nə vaxt olacağını bilmirəm, amma...” | Simonyandan Bakının açıqlamasına reaksiya - Baku TV
- Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşəcək? - Baku TV CANLI
- Ermənistan parlamentinin spikeri Alen Simonyan vəzifədən gedir?
- Ermənistanın Baş naziri ilə parlament sədri arasında narazılıq - CANLI
- Simonyandan Bakı ilə bağlı gözlənilməz açıqlamalar
