SOCAR ilə BP şirkəti arasındakı əməkdaşlıqla bağlı nələr müzakirə olundu?
Prezident İlham Əliyev iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib.
Söhbət zamanı uzun illərdir Azərbaycanla BP arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.
Ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edilib.
Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunulub, ölkəmizdə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulanıb. Bu xüsusda BP şirkətinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.
Görüşdə SOCAR ilə BP arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Rəsmi Bakı Avropa və NATO ölkələri üçün strateji dayağa çevrilib - Baku TV
- Bu, ölkənin transformasiyasında mühüm rol oynadı | İlham Əliyev - Baku TV
- Azərbaycan ədalətli yanaşma tələb edir - Baku TV
- İlham Əliyev Azərbaycanın yeni hədəflərindən danışdı - Baku TV
- İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb - Baku TV
