Pleyeri seçin:

Solovyovun da, Mardanın da… | İndi hansı “mazol”una dəydik? - ÖZƏL ANALİTİKA

27 avqust 2025 619 baxış

“Dövlət başçısının “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibə və orada səsləndirdiyi fikirlər, daha dəqiq desək, indiyədək ortaya qoyduğu mövqeyini bir daha fərqli tribunadan bəyan etməsi, xüsusilə də Rusiya-Azərbaycan münasibətlərinə toxunarkən məlum təyyarə hadisəsini ön plana çəkməsi və bununla Azərbaycanın mövqeyindən zərrə qədər geri çəkilmədiyini göstərməsi Rusiyada gözlənilən isterik əhvali-ruhiyyəni doğurub”.

Bunu Baku TV-nin departament rəhbəri, jurnalist Turan İbrahimov deyib.

Onun sözlərinə görə, Kremldəkilər yenə də başlarından çıxan tüstünün altında boğulurlar:

“Bunu onların məlum təbliğatçılarının qarğaya bənzər səs-küyündən hiss edirik. Bu zaman dövlət başçısının fikirlərini təhrif edərək müxtəlif bəhanələrlə Azərbaycana, tariximizə, mədəniyyətimizə və dahi şəxsiyyətlərimizə qarşı hücum üçün əsas kimi istifadə edirlər. Azərbaycan isə müstəqil dövlətdir, Rusiyadan heç bir halda çəkinmir və gələcəyini yalnız bərabərhüquqlu tərəfdaşlıq əsasında gördüyünü açıq şəkildə ortaya qoyur. Bu da hər kəs üçün nümunədir”.

Jurnalist qeyd edib ki, belə bir nümunənin yaratdığı domino effekti Rusiyanın Orta Asiyada və dünyanın digər nöqtələrində nüfuzunu sarsıdır:

“Onlar isə buna qarşılıq olaraq öz daxili auditoriyalarını aldatmaq yolunu seçirlər. Hazırda təbliğatçılara verilən tezis bundan ibarətdir ki, guya Azərbaycanın tarixi şəxsiyyətləri, onların ifadəsi ilə desək, vaxtilə Rusiya tərkibinə keçməsəydi (bizim ifadəmizlə isə Rusiya tərəfindən işğal olunmasaydı), Azərbaycan formalaşmayacaqdı. Sanki xanlıqları özlərinə birləşdirməklə inkişaf etdirdiklərini iddia edirlər. Lakin biz çox yaxşı bilirik ki, həmin nağıllar artıq heç kimi inandırmır. Bu tezislər sovet dövründə xalqları yatırtmaq üçün uydurulmuşdu. İndi isə heç kim ona inanmaq istəmir. Amma Kreml bununla öz xalqını aldatmaqda davam edir”.

Banner
Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Siyasət
04 noyabr 2026 619 baxış
Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Siyasət
03 noyabr 2026 619 baxış
Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 619 baxış
Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 619 baxış
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 619 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 619 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 619 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 619 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 619 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 619 baxış
Seçilmişlər
icon