Pleyeri seçin:

Son vaxtlar telefonlara da cavab vermirdi | Qüdrət Həsənquliyev niyə gileyləndi?

08 oktyabr 2024 363 baxış

“Müzakirəyə çıxarılmış məsələ ilə bağlı diqqətimi çəkən bir məqam ondan ibarət oldu ki, Ali Məhkəməyə üzv təyin olunan İlqar Cəfərov xüsusi qaydada təyin olunur. Yəni hakimlərin seçilməsinin ümumi qaydasından kənar formada.

İlqar Cəfərovun son iş yeri Ədliyyə Nazirliyinin icra baş idarəsi olub. Mən onu tələbəlik illərindən savadlı bir hüquqşünas kimi tanıyıram. Amma çox təəssüf ki, onun bu idarənin rəisi olduğu dövrdə məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət yaxşıya doğru əhəmiyyətli miqyasda dəyişmədi”.

Bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.

Millət vəkili Ədliyyə Nazirliyinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı yerləşdirdiyi statistik məlumatlara baxdığını bildirib:

“2023-cü ildə 1 120 561 iş icraya daxil olub. İcrası təmin edilən və icrası davam etdirilən sənədlərin sayı isə 564 763 olub. Yəni bu, 50 faizdən azdır. Burada da bəlli olmur ki, bunların nə qədəri icra edilib. Ona görə ki, icrası təmin edilənlə və icrası davam etdirilənlər eyni qrafada verilib.

İlqar Cəfərov, görünür bilirmiş ki, Ali Məhkəməyə üzv təyin olunacaq, ona görə son vaxtlar telefonlara da cavab vermirdi. Amma mən ona göstərilmiş etimadı dəstəkləyəcəyəm və ona səs verəcəyəm. Ümid edirəm ki, o, Ali Məhkəmənin hakimi kimi etimadı doğruldacaq”.

Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Siyasət
10 avqust 2026 363 baxış
Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Siyasət
09 avqust 2026 363 baxış
ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

Siyasət
09 avqust 2026 363 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Siyasət
08 avqust 2026 363 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Siyasət
08 avqust 2026 363 baxış
Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Siyasət
08 avqust 2026 363 baxış
Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Siyasət
08 avqust 2026 363 baxış
Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Siyasət
08 avqust 2026 363 baxış
İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV

İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV

Siyasət
08 avqust 2026 363 baxış
Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV

Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV

Siyasət
08 avqust 2026 363 baxış
Seçilmişlər
icon