Şoyqudan Cənubi Qafqazla bağlı açıqlama
Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə çalışır.
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası zamanı deyib.
“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həllinin səviyyəsi ilə müəyyən edilir. Hazırda Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti təmin edir. Ancaq Qərb hər vasitə ilə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, – deyən S.Şoyqu əlavə edib ki, Qərb üçün əsas məsələ uzunmüddətli perspektivdə Cənubi Qafqazın təhlükəsizliyini və rifahını təmin etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır.
#Sergey Şoyqu teqi istifadə olunub
- Putinin yaxın adamını qəbiristanlıqda kimlər partlatmaq istədilər?
- "Azərbaycan və Ermənistan arasında münasibətlər tam şəkildə tənzimlənməyib" | Sergey Şoyqu
- Soyadını "Şoyqu" edən qız milyonları belə mənimsədi
- Qriqoryan və Şoyqu nələri müzakirə etdi? | Gündəmdə olan əsas məsələ diqqət mərkəzində
- Rusiya müharibə üçün gizli danışıqlar aparır | “Putin Şoyqunu ona görə göndərdi ki...”
