Siyasət
Pleyeri seçin:

SSRİ-nin gizlətdiyi faciə | 77 ölü, ac-susuz saxlanılan xilasedicilərimiz - AYDIN TARİX

06 dekabr 2023

Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında 1988-ci ildə Ermənistanda baş vermiş Spitak zəlzələsi və Azərbaycanın həmin dövrdəki humanistliyindən bəhs olunub.

1988-ci ili son ayı, ilin əvvəlində artıq ermənilər tərəfindən Sumqayıt şəhərində təxribat xarakterli qırğınlar törədilmişdi, Xankəndidə isə separatçıların təşkilatlanması yekunlaşmış və onlar meydana axışaraq Qarabağa müstəqillik tələb edirdilər.

Bunları xatırlamağımızda məqsəd o zaman hələ ki mövcud olan Azərbaycan və Ermənistan SSR arasındakı münasibətlərin nə qədər qərgin olduğunu yada salmaqdır.

Kimisi 1988-ci ilin dekabrın 7-də Ermənistanın şimalında 7,2 bal gücündə zəlzələnin baş verməsini ilahi karma, kimisi isə böyük bir faciə günü kimi qəbul edir. Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv etdi, Leninakan, Kirovakan Quqark və Stepanavan şəhərlərini dağıtdı. Ümumilikdə 21 şəhərdə, eləcə də 58 tam olmaqla 350 kənddə dağıntılar baş vermişdi.

Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 25 min nəfər ölüb, 170 min adam əlil olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistan ərazisinin 40 faizinə təsir etmişdi. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss olunmuşdu.

Azərbaycanın tarixi ərazilərində erməni separatizminin baş qaldırmasına baxmayaraq, Bakı humanistliyindən imtin edə bilmir. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri məhz Azərbaycan olur. Xilasedicilər, humanitar yardım və xususi texnika ilə dolu yük təyyarələri Ermənistana göndərilir.

İlk təyyarə dekbrın 9-da Leninakan yaxınlığındakı hava limanına eniş edir. Xilasadecilər qrupuna rəhbərlik edən 36 yaşlı Vaqif Əhmədov o günü belə xatırlayır:

“Dekabrın 9-u səhər saat 8-də bizim “İL-76” təyyarəsi Leninakan hava limanına eniş etdi. Təyyarənin göyətəsində 69 xilasedici və 9 ekipaj üzvü var idi. Bizi düz 11 saat hava limaninda yeməksiz, susuz saxladılar. Hava çox soyuq idi. Mənə müvəqqəti olaraq xilasedici qrupuna rəhbərlik etmək tapşırıldı. Biz çadır şəhərciyi salmalı və mühafizə təşkil etməli idik, çünki bir neçə saat əzində ermənilər tərəfindən bizə qarşı hücumlar olmuşdu”.

Azərbaycan xilasediciləri Ermənistanda yerli əhalinin aqressiv münsibətləri ilə qarşılaşdı. Təhdidlər yalnız sözdə deyil, əməldə də yer aldı.

Dekabrın 11-də Azərbaycandan Ermənistana daha bir qrup xilasedici “İL-76” təyyarəsi ilə yola düşür. Lakin zəlzələdən zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş “İL-76” təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа “Stingеr” rаkеti ilə vurulur.

Parlament seçkiləri nə vaxt keçiriləcək? - MSK-dan açıqlama

Parlament seçkiləri nə vaxt keçiriləcək? - MSK-dan açıqlama

Siyasət
04 may 2024
Prezidentin COP29-a dəvət məktubları BMT-dəki nümayəndələrə çatdırıldı

Prezidentin COP29-a dəvət məktubları BMT-dəki nümayəndələrə çatdırıldı

Siyasət
04 may 2024
Ayxan Hacızadə Böyük Britaniya səfirinin paylaşımına belə reaksiya verdi

Ayxan Hacızadə Böyük Britaniya səfirinin paylaşımına belə reaksiya verdi

Siyasət
03 may 2024
Buz bağlayan Göyçə gölünün üstündə maşınlar gəzər, vertolyot enərdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Buz bağlayan Göyçə gölünün üstündə maşınlar gəzər, vertolyot enərdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
03 may 2024
Erməni türkoloq Almatı görüşünü şərh etdi | Qərb kimi dəstəkləyir?

Erməni türkoloq Almatı görüşünü şərh etdi | Qərb kimi dəstəkləyir?

Siyasət
03 may 2024
"Ay Data"nın yaydığı məlumatda Azərbaycanla bağlı görün nə ortaya çıxdı

"Ay Data"nın yaydığı məlumatda Azərbaycanla bağlı görün nə ortaya çıxdı

Siyasət
03 may 2024
İki ölkə arasındakı hərbi münaqişə dağıdıcı ola bilər | Pakistan səfiri - RƏSMİLƏR

İki ölkə arasındakı hərbi münaqişə dağıdıcı ola bilər | Pakistan səfiri - RƏSMİLƏR

Siyasət
03 may 2024
Ermənistan və Ukrayna XİN başçıları danışdı | Erməni mediası nələr yazdı?

Ermənistan və Ukrayna XİN başçıları danışdı | Erməni mediası nələr yazdı?

Siyasət
03 may 2024
Azərbaycan və İran generalları görüşdü | MN-dən vacib məlumat

Azərbaycan və İran generalları görüşdü | MN-dən vacib məlumat

Siyasət
03 may 2024
Gürcüstanı kim qarışdırır? | Böyük güclərin məqsədi - BAKU AKTUAL

Gürcüstanı kim qarışdırır? | Böyük güclərin məqsədi - BAKU AKTUAL

Siyasət
03 may 2024
Seçilmişlər
icon