Pleyeri seçin:

Sülh və gərginlik arasında: Erməni mediası Paşinyanı necə qiymətləndirir? - BİZDƏN NƏ DANIŞIRLAR?

24 mart 2025 441 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, “Sputnik Armenia” nəşri “Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması ilə bağlı xəbərlərdən narahatdır” başlıqlı xəbəri oxucularının diqqətinə çatdırıb.

Mənbə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi brifinq zamanı səsləndirdiyi fikirlərə istinad edib.

“Biz tərəfdaşlarımızı təmkinli olmağa, vəziyyətin eskalasiyasına gətirib çıxaracaq hər hansı addımlardan təkidlə çəkinməyə çağırırıq. Bütün məsələləri istisnasız olaraq dinc, siyasi və diplomatik yolla həll etmək lazımdır”, − deyə xəbərdə qeyd olunub.

Ermənistanın “JAM-news” nəşri xəbər verir ki, Ermənistan-Azərbaycan danışıqlarındakı irəliləyiş əsasən bu ölkənin Baş naziri Nikol Paşinyanın davamlı səyləri sayəsində mümkün olub. O, razılıq əldə etmək naminə bir neçə güzəştə gedib.

Mənbə qeyd edir ki, bu barədə Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin yekunlaşmasına dair məqaləsində bildirib.

O vurğulayıb ki, irəliləyiş İrəvanın əvvəl həll olunmamış iki maddə ilə bağlı Bakının təkliflərini qəbul etməsindən sonra əldə olunub.

Rusiyanın “Gazeta.ru” nəşri oxucularının diqqətinə çatdırır ki, Böyük Britaniya tarixdə ilk dəfə Azərbaycana hərbi attaşe təyin edib.

Nəşr yazır ki, yeni attaşenin Gavin Tarbard olduğu Böyük Britaniyanın Bakıdakı səfirliyinin “X” sosial şəbəkəsində qeyd olunub.

“Bu, Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının möhkəmlənməsini vurğulayan tarixi addımdır, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq”, − deyə mənbədə bildirilib. 

Prezident Xankəndidə daha bir açılışda iştirak etdi

Prezident Xankəndidə daha bir açılışda iştirak etdi

Siyasət
23 dekabr 2025 441 baxış
"Xankəndi-1" elektrik yarımstansiyası istismara verilib

"Xankəndi-1" elektrik yarımstansiyası istismara verilib

Siyasət
23 dekabr 2025 441 baxış
Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin müəssisəsinin açılışı

Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin müəssisəsinin açılışı

Siyasət
23 dekabr 2025 441 baxış
Qarabağ Universitetində daha bir fakültənin təməli qoyulub

Qarabağ Universitetində daha bir fakültənin təməli qoyulub

Siyasət
23 dekabr 2025 441 baxış
Baharlı və Bahar bəyin bağları - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Baharlı və Bahar bəyin bağları - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
23 dekabr 2025 441 baxış
İlham Əliyev Ağdamda bir sıra açılışlarda iştirak edib - Baku TV

İlham Əliyev Ağdamda bir sıra açılışlarda iştirak edib - Baku TV

Siyasət
23 dekabr 2025 441 baxış
Prezidentin Kərkicahana səfərindən görüntülər

Prezidentin Kərkicahana səfərindən görüntülər

Siyasət
23 dekabr 2025 441 baxış
Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin müəssisəsinin açılışı - Baku TV

Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin müəssisəsinin açılışı - Baku TV

Siyasət
23 dekabr 2025 441 baxış
Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib

Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib

Siyasət
23 dekabr 2025 441 baxış
Millət vəkili həkimlərin hərbi xidmətindən danışdı

Millət vəkili həkimlərin hərbi xidmətindən danışdı

Siyasət
23 dekabr 2025 441 baxış
Seçilmişlər
icon