Sülhməramlıların müşayiəti ilə silah daşınır
Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə təxribatlar törətməklə məşğul olan separataçı-terrorçuların növbəti dəfə silah daşıdığı üzə çıxıb.
Silah daşındığını təsdiqləyən görüntüləri Axar.az saytı yayıb. Bildirilib ki, video Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb. Görüntülərdən də aydın görünür ki, rus sulhməramlılar qanunsuz erməni birləşmələrini müşayiət etməklə, onların öz postları arasında silah daşımasına yardım edirlər.
Qeyd edək ki, söhbət Ermənistandan silah gətirilməsindən yox, separatçı-terrorçuların daxildə quraşdırdaqları qanunsuz postlararası sursat və şəxsi heyət daşımasından gedir. Laçında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurulduqdan sonra dövlət sərhədimizdən silah keçirilməsi mümkün deyil.
#Rusiya sülhməramlıları teqi istifadə olunub
- Sülhməramlılar Ukraynaya göndərilsə, nələr baş verəcək? - Jurnalistdən diqqətçəkən şərh
- Avropa Rusiyaya qarşı bu addımı atacaq? | Macar nazirdən açıqlama
- Sensasiya | Rusiya sülhməramlılarının Qarabağdakı komandanı Araikə nələr yazdı?
- Paşinyanın Belarusa hücumunun səbəbi Ermənistan diplomatiyasının iflasına üsyandır
- Hərbi ekspert sülhməramlıların Qarabağı tərk etməsini şərh etdi
