Sülhün davamlı olması üçün... | Azərbaycanın Ermənistandan gözləntiləri nələrdir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Hesab edirik ki, əgər bu gün biz artıq sülh sazişinin mətnini razılaşdırıb bölgədə davamlı sülhün qurulmasından danışırıqsa, təbii ki, həm birinci, həm də ikinci faktorun aradan qaldırılması vacib şərtdir”.
Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Nazir müavini vurğulayıb ki, yalnız bu halda bölgədə davamlı sülhün bərqərar olunmasından danışmaq olar:
“İki dövlət arasında iki ilə yaxın müddət ərzində normallaşma ilə bağlı mətnin razılaşdırılması çərçivəsində son iki bənd qalmışdı. Həmin bəndlərdən biri məhz şərti sərhəddə və gələcəkdə artıq delimitasiya və demarkasiya olunacaq sərhəddə üçüncü qüvvələrin mövcud olmaması şərtidir.
Ermənistan tərəfindən də yaxın günlərdə artıq o şərt də qəbul edilmişdir. Ona görə də hesab edirik ki, düzgün istiqamətdə gedirik. Amma qeyd etdiyimiz şərtlərə əməl olunması vacibdir. Bunlardan birincisi silahlandırılmanın dayandırılması, ikincisi isə hər hansı üçüncü qüvvələrin sərhəddə mövcud olmamasıdır”.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
