Pleyeri seçin:

Şuşa və Hadruta görə üz-üzə gəldilər: Separatçılar dindirildi

30 noyabr 2023 543 baxış

Qarabağdan qovulmuş separatçıların “keçmiş müdafiə naziri” Samvel Babayan noyabrın 29-da Ermənistan parlamentinin 44 günlük müharibə şəraitini araşdıran İstintaq Komissiyasında ifadə verib.

Ölkə mediasının məlumatına görə, o, 3 saata yaxın davam edən dindirmə zamanı separatçı rejimin rəhbərləri əleyhinə danışıb. Belə ki, S.Babayan komissiya üzvlərini inandırmağa çalışıb ki, keçmiş qondarma respublikanın sonuncu “başçısı” Samvel Şahramanyan separatçıların keçmiş “rəhbərləri” vasitəsilə Ermənistanda planlaşdırılmış “hakimiyyət dəyişikliyi”nin həyata keçirilməsinə razılaşıb.

O, keçmiş qondarma respublikanın “dövlət naziri” Qurgen Nersisyanı yalançı, fırıldaqçı və axmaq adlandırıb. Qondarma prokurorluqda dindirildiyi barədə Q.Nersisyanın iddialarını rədd edib.

Q.Nersisyan isə Samvel Babayanın ittihamlarını eşidəndən sonra onu “yalançı” adlandırıb. Qurgen Nersisyan deyib ki, S.Babayan dindirilib və buna dair faktlar var. O, S.Babayanın ifadəsindən diqqət çəkən epizodu da danışıb:

“44 günlük müharibə zamanı o, “təhlükəsizlik şurasının katibi” olub. S.Babayanı dindirməyə çağırmışdıq. Müharibə bitəndən sonra ağlına nə gəldi danışırdı. O, hər şeyə görə günahı başqalarının üzərinə atırdı”.

Q.Nersisyanın sözlərinə görə, separatçıların ordusu uğursuzluğa düçar olubsa, burada Samvel Babayanın da böyük günahı var. O, S.Babayanı Hadrut və Şuşanın itirilməsinə görə də ittiham edib.

Q.Nersisyanın fikrincə, S.Babayan Nikol Paşinyana və Arayik Arutyunyana deyə bilərdi ki, cənub istiqamətində aparılan əməliyyat fəlakətlə nəticələnə bilər, səhvdir, bunu etməyin.

“Bu günə qədər o uğursuz əməliyyata görə heç kim məsuliyyətə cəlb edilməyib”, – deyə Q.Nersisyan fikrini tamamlayıb.

Banner
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 543 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 543 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 543 baxış
Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Siyasət
02 noyabr 2026 543 baxış
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 543 baxış
İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

Siyasət
02 noyabr 2026 543 baxış
Hörmüz boğazındakı sualtı kabellərə mümkün hücum Azərbaycana və dünyaya necə təsir edəcək?

Hörmüz boğazındakı sualtı kabellərə mümkün hücum Azərbaycana və dünyaya necə təsir edəcək?

Siyasət
01 noyabr 2026 543 baxış
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 543 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 543 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 543 baxış
Seçilmişlər
icon