Pleyeri seçin:

Talış, Arakəsər, Suqovuşan - bir əməliyyatın xronikası - QARABAĞ XRONİKASI

03 oktyabr 2026 652 baxış

“Qarabağ xronikası”nın budəfəki buraxılışında İkinci Qarabağ müharibəsində Talış kəndi və Suqovuşan qəsəbəsinin azad olunması ilə nəticələnən əməliyyatların hərbi-strateji əhəmiyyətindən bəhs olunub.

Bildirilib ki, Talış-Suqovuşan istiqamətində illər ərzində hazırlanmış mühəndis-istehkam sistemi, minalanmış sahələr və bir-birini çarpaz atəşlə dəstəkləyən mövqelərin dayanmasına baxmayaraq, Azərbaycan Ordusu uğurlu taktiki manevrlərlə düşmənin ön müdafiə xəttini yararaq hakim yüksəklikləri nəzarətə götürüb.

Qeyd olunub ki, həyata keçirilən təşəbbüskar idarəetmə və sızma əməliyyatları nəticəsində oktyabrın 3-də Suqovuşan qəsəbəsi və ətrafındakı strateji mövqelər azad edilib, qarşı tərəfə ağır canlı qüvvə və texnika itkisi yaşadılıb.

Vurğulanıb ki, Talış-Suqovuşan əməliyyatı çərçivəsində həyata keçirilən manevrin nəticəsində bu istiqamətə cavabdeh hərbi birlik Qarabağdakı erməni silahlı birləşmələrinin təxminən 87 faizini öz üzərinə çəkməyə nail olub. Bu, əslində, daha geniş strateji manevrin mühüm hissəsi hesab olunur. Şimal-şərqdə düşmənin böyük qüvvəsinin ilişib qalması, strateji yolların nəzarətə götürülməsi və onun ehtiyatlarla manevr imkanlarının məhdudlaşdırılması həmin qüvvələrin başqa istiqamətlərə sərbəst şəkildə yönəldilməsini çətinləşdirib.

Əlavə edilib ki, Ermənistan komandanlığının qüvvə və ehtiyatları bütün cəbhə boyunca idarə etmək imkanlarının daralması cənub istiqamətində Azərbaycan Ordusunun əldə etdiyi yarılmanı dərinləşdirməsinə şərait yaradan amillərdən biri olub. Cənub cəbhəsində müdafiə sistemi ardıcıl şəkildə dağılıb, Azərbaycan Silahlı Qüvvələri döyüşləri Qarabağın dərinliyinə daşıyıb və əməliyyatların kulminasiyası Şuşanın azad edilməsi ilə nəticələnib.

Diqqətə çatdırılıb ki, Talış-Suqovuşan döyüşlərinin strateji mənası da məhz burada idi. Şimal-şərqdə aparılan əməliyyat yalnız həmin ərazidə düşmənin müdafiəsini sındırmayıb. O, qarşı tərəfin bütün cəbhə üzrə qüvvələrini idarə etmək, ehtiyatlarını vaxtında manevr etdirmək və yaranan yarılmaları bağlamaq imkanlarına təsir göstərib. Nəticədə, Talışdan Suqovuşana qədər başlayan əməliyyatın təsiri Qarabağın mərkəzinədək uzanıb və müharibənin sonunda Azərbaycan Bayrağı Şuşada dalğalanıb. 

Banner
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 652 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 652 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 652 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 652 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 652 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 652 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 652 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 652 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 652 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 652 baxış
Seçilmişlər
icon