Tehran yenə üstüörtülü danışdı | Fransa başda olmaqla…
Yeniliklərdən dərhal xəbərdar olun
“Qafqazda təhlükəsizlik və ya istənilən qeyri-müəyyənlik bütün regionun təhlükəsizliyinə təsir edir”.
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani NATO-nun İranın şimal sərhədlərindəki hərəkətləri ilə bağlı danışarkən deyib.
“Cənubi Qafqazda təhlükəsizlik İranın ən mühüm prioritetlərindən biridir. Xarici qüvvələrin mövcudluğu sülh və təhlükəsizliyə kömək etməyəcək və militarizmi gücləndirməyə yönəlmiş istənilən yanaşma regionda təhlükəsizlik vəziyyətini çətinləşdirəcək və sülh prosesinə zərər verəcək. İran belə bir yanaşmanı qəbul etmir”, – o bildirib.
Qeyd edək ki, Azərbaycana qarşı saxta bəhanələrlə sərt ifadələr işlədib, sərhədlərimizə ordu toplayan və iki dəfə ardıcıl sərhədimiz önündə təlim keçən İran şimal sərhədinə faktiki olaraq NATO qüvvələri soxan Ermənistana birbaşa söz deməyə cəsarət etmir, Tehranın bütün prinsiplərini və qırmızı xətlərini elədən-elə, belədən-belə kotanlayan İrəvana yalnız “sülhə zərər verəcək” kimi ümumi “xəbərdarlığını” çatdırır. Əksinə, Fransa başda olmaqla Avropa ölkələri ilə Ermənistanda Azərbaycana qarşı birgə çalışır.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb
- Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir
- İran və ABŞ arasında hərbi əməliyyatlar yenidən başlaya bilərmi? - Baku TV
- İran nüvə öhdəliklərinə sadiq olduğunu və əməkdaşlığın vacibliyini vurğuladı - Baku TV
