Siyasət
Pleyeri seçin:

Tofiq Zülfüqarov COP29-u boykot edənlərə od püskürdü | Əgər səsvermənin nəticəsi belədirsə…

26 oktyabr 2024

“COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir. Dolayı yolla bu tədbiri boykot edənlər, əslində, Azərbaycanı deyil, BMT-ni boykot etmiş olur”.

Bu sözləri “Globalinfo”ya sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov COP29-a sayılı günlər qala Qərbin Azərbaycana artan təzyiqini şərh edərkən deyib.

Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi qərarı 200 dövlətin iştirak etdiyi səsvermənin nəticəsində verilib:

“Yəni tədbirin ölkəmizdə baş tutmasını kimsə, ya da hansısa dövlət istəmirdisə, bunu səsvermə zamanı bildirməli idi. Əgər səsvermənin nəticəsi belədirsə, buna hər kəs riayət etməlidir. Boykot çağırışları isə tamamilə yersizdir. Azərbaycan COP29-a ev sahibliyi etmək üçün namizəd olsa da, namizədliyi qəbul edən BMT-dir.

COP29-un ölkəmizdə keçirilməsi qərarını da Azərbaycan verməyib. Bu, səsvermədə iştirak edən digər ölkələrin qərarıdır. Onu da deyim ki, bu tədbirdə iştirak məcburi deyil. İştirak etmək istəməyən gəlməyə bilər. Nəticə etibarilə onlar yenə BMT-nin tədbirində iştirak etməyəcəklər”.

T.Zülfüqarov deyib ki, Qərb rəsmilərinin boykot çağırışlarının, ya da ölkəmizə qarşı təzyiqlərin pərdəarxasında erməni dairələri dayanır:

“AŞPA-da səslənən fikirlərə də baxdıqda bunu aydın görmək olar. Özü də boykot çağırışı edən ölkələrin arqumentləri də gülüncdür. Məsələn, Norveç COP29-a qatılmadığını bəyan edib. Amma rəsmi Oslo əslində Azərbaycanı boykot etmir. Yəni iştirak etməyən ölkələrin səbəbi tam başqadır.

Bu tədbirin əsas hədəfi odur ki, karbon emissiyasını, ekoloji çirklənməni azaltmaq, yaşıl dünyanı təbliğ etmək üçün maliyyə toplansın. 100 milyard dollar büdcə yığılmalıdır. Norveç və bu qəbildən olan ölkələr fonda dəstək verməkdən imtina etdikləri üçün əslində COP29-dan imtina edir. Norveç bu gün həm neft, həm də qaz emal edən ölkədir. Yəni bu baxımdan onun Azərbaycanı boykot etməsi gülünc və absurddur”.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon