Tramp, İlham Əliyev və Paşinyanın Ağ Ev görüşünə dünya ölkələrindən reaksiya
Dünya ölkələri avqustun 8-də baş tutan tarixi Vaşinqton görüşü ilə bağlı paylaşımlar ediblər.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan sənədin iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyduğunu, onlar arasında diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açdığını bildirib.
“Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətli nailiyyətdir”, – deyə Qazaxıstan lideri vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması iki ölkənin liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub.
Səudiyyə Ərəbistanı ümid edir ki, Bakı və İrəvan arasında Vaşinqtonda əldə olunmuş razılaşma Cənubi Qafqaz regionunda qarşılıqlı anlaşma, əməkdaşlıq, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinin yeni dövrünü açacaq. Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sazişin bağlanmasını alqışlayır, həmçinin bu prosesdə göstərdiyi köməyə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirir", – deyə bəyanatda qeyd olunub.
#Vaşinqton görüşü teqi istifadə olunub
- İlham Əliyevdən Daşkənddə Vaşinqton sammiti ilə bağlı mühüm açıqlama
- Paşinyan Vaşinqton görüşünə işarə etdi | Sülhlə bağlı açıqlama
- Azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi asanlaşdı
- Vaşinqton sammitində Azərbaycanın hansı şərtləri təsbit edildi?
- Millət vəkili sülh prosesindəki irəliləyişdən danışdı
