Pleyeri seçin:

Trampdan Azərbaycanla bağlı önəmli qərar | Bu, rəsmən dayandırıldı

15 avqust 2025 739 baxış

ABŞ Prezidenti Donald Tramp Azadlığa Dəstək Aktının 907-ci maddəsinin fəaliyyətinin dayandırılması haqqında memorandum imzalayıb.

Sənəd ABŞ Federal Hökumətinin rəsmi jurnalı olan Federal Reyestrdə dərc olunub və burada federal qurumlar və prezident tərəfindən qəbul edilmiş qaydalar, bildirişlər və digər sənədlər yer alıb.

“Sənəddə qeyd edilir ki, Amerika Birləşmiş Ştatlarının Konstitusiyası və qanunları, o cümlədən 2002-ci il Xarici Əməliyyatların Maliyyələşdirilməsi, İxrac Maliyyələşdirilməsi və Əlaqəli Proqramlar Aktının II bölməsi tərəfindən mənə verilən səlahiyyətlər əsasında, bununla Azərbaycana qarşı Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin dayandırılmasının

– Birləşmiş Ştatların beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək üçün zəruri olduğunu;

– Birləşmiş Ştatların Silahlı Qüvvələrinin və ya beynəlxalq terrorizmə qarşı mübarizədə koalisiya tərəfdaşlarının döyüş hazırlığını dəstəkləmək üçün zəruri olduğunu;

– Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacib olduğunu;

– Ermənistan və Azərbaycan arasında sülh nizamlanması üzrə danışıqlar üçün cari səylərə xələl gətirməyəcəyini və ya mane olmayacağını və Ermənistana qarşı hücum məqsədləri üçün istifadə edilməyəcəyini müəyyən edir və təsdiq edirəm.

Müvafiq olaraq, bu qərarla mən Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin müddəalarının tətbiqindən imtinanı uzadıram”, – deyə sənədin mətnində deyilir.

Tramp ABŞ-nin dövlət katibi Marko Rubioya bu qərarı Federal Reyestrdə dərc etməyi və bu qərarı və izahedici qeydi Konqresin müvafiq komitələrinə göndərməyi tapşırıb.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 739 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 739 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 739 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 739 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 739 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 739 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 739 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 739 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 739 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 739 baxış
Seçilmişlər
icon