Siyasət
Pleyeri seçin:
Türkiyə AŞPA-ya Azərbaycanla bağlı sərt xəbərdarlıq etdi
Türkiyə Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir.
“Əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə dəvət edir”, – deyə nazirliyin məlumatında vurğulanıb.
Kopyalandı
Seçilmişlər