Türkiyə və İsrail Azərbaycanda danışıqlar apararkən nələr baş verdi? | Məqalənin detalları
Türkiyə və İsrail Azərbaycanda danışıqlar apararkən İran və Ermənistan birgə hərbi təlimlər keçirdi.
Bu barədə “Long War Journal” yazıb.
Məqalədə qeyd olunub ki, İran və Ermənistan 2024-cü ildə Ermənistanla Azərbaycan arasında üçüncü toqquşma dalğasından sonra münasibətlərini dərinləşdirib və bu yaxınlarda sərhəddə təlimlər keçirib.
Nəşrin yazdığına görə, Ankara və Təl-Əviv Azərbaycanda keçirdikləri görüşdə Suriyada hərbi nizamlanma məsələsini müzakirə etdikləri bir zamanda İsrail Türkiyənin bu ölkədəki hərbi mövcudluğunun qarşısını almaq məqsədilə onun ən azı üç hava bazasını vurub.
“Türkiyə getdikcə Qafqaz və Suriyada İranın buraxdığı boşluğu doldurur. Eyni zamanda Suriyanın Ankaraya bağlı olan yeni lideri İranın ölkədəki təsirini azaldıb. Ermənistan İranın Türkiyə və Azərbaycana qarşı son rıçağıdır”, – məqalədə qeyd edilib.
#Türkiyə teqi istifadə olunub
- Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə - Baku TV CANLI
- Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir
- Erməni politoloq Ərdoğanın açıqlamasını belə şərh etdi
