Pleyeri seçin:

Türkiyə və İsrail münasibətlərinin isinməsində Azərbaycanın rolu - BİZDƏN NƏ DANIŞIRLAR?

10 mart 2025 263 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, İsrailin “Haaretz” nəşri Azərbaycanın həyata keçirdiyi vasitəçilik missiyasının bəzi detallarını açıqlayıb.

“Suriyada yerli güclər bir-birinə qarışdığı bir vaxtda Azərbaycan İsrail-Türkiyə qarşıdurmasının qarşısını almağa çalışır” adlı məqalədə deyilir ki, son iki həftə ərzində İsrail Suriyada həm hərbi əməliyyatlarını, həm də diplomatik səylərini gücləndirərək Dəməşqdəki yeni rejimin himayədarı olan Türkiyə ilə toqquşma təhlükəsinə qədər irəli gedib. Bu isə Azərbaycana vasitəçilik şansı verib.

Məqalənin müəllifi olan Liza Rozovski yazır ki, Azərbaycan tərəfi İsrailə deyir ki, Rusiyanın Suriyada mövcudluğunu saxlamaq cəhdi vaxt itkisindən başqa bir şey deyil. Əgər Rusiya hərbi bazalarını Suriyada saxlamaq istəyirsə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla anlaşmalıdır.

Qazaxıstanın “24.kz” nəşri Azərbaycan və Qazaxıstan universitetləri tərəfindən əməkdaşlıq haqqında memorandumların imzalandığına dair xəbər yayımlayıb.

Mənbə xəbər verir ki, 40-dan çox memorandumun imzalanmasında 17 Qazaxıstan və eyni sayda Azərbaycan universiteti iştirak edib.

Qeyd olunub ki, sənədlər Azərbaycan və Qazaxıstan arasında ali təhsil sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

“Takvim” nəşrində dərc olunan “Qardaş enerjisi” başlıqlı geniş bir məqalədə qeyd edilib ki, ölkələr arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Enerji sektorunda Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə ölkələr arasında enerji əməkdaşlığı daha da yüksəlib.

Xəbərdə o da diqqətə çatdırılır ki, Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edib və bununla da Azərbaycan Türkiyədə ən böyük investora çevrilir.

Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Siyasət
22 dekabr 2025 263 baxış
"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
22 dekabr 2025 263 baxış
Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Siyasət
22 dekabr 2025 263 baxış
Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Siyasət
22 dekabr 2025 263 baxış
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Siyasət
22 dekabr 2025 263 baxış
Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Siyasət
22 dekabr 2025 263 baxış
İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

Siyasət
22 dekabr 2025 263 baxış
Ukraynada böyük dəyişiklik gözlənilir | Zelenskinin videomüraciətində diqqətçəkən detal - CANLI

Ukraynada böyük dəyişiklik gözlənilir | Zelenskinin videomüraciətində diqqətçəkən detal - CANLI

Siyasət
22 dekabr 2025 263 baxış
“Bu, miqyasına görə ən böyüyüdür” | Amnistiya aktının icrasına başlanıldı - Baku TV

“Bu, miqyasına görə ən böyüyüdür” | Amnistiya aktının icrasına başlanıldı - Baku TV

Siyasət
22 dekabr 2025 263 baxış
Avropa İttifaqının ikili standartları Cənubi Qafqazda sülhü necə pozur? - AKTUAL GÜNDƏM

Avropa İttifaqının ikili standartları Cənubi Qafqazda sülhü necə pozur? - AKTUAL GÜNDƏM

Siyasət
22 dekabr 2025 263 baxış
Seçilmişlər
icon