Türkiyədə "Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" forumu keçirildi
Türkiyənin İstanbul şəhərində “Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə” Türkiyə Forumu keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən keçirilən forum Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin İstanbul ofisində baş tutub.
Forumun açılış nitqini söyləyən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin “Böyük Qayıdış” siyasəti çərçivəsində işğaldan azad edilən torpaqların canlandırılması, orada həyatın yenidən inşa edilməsi işlərinin uğurlu bir şəkildə davam etdiyini vurğulayıb.
Tədbirdə təşkilat və birliklərdən nümayəndə heyətləri də çıxış ediblər.
Panel müzakirələrindən sonra iştirakçılara plaket təqdim edilib və forum xatirə şəkilinin çəkdirilməsi ilə başa çatıb.
Forumda Qərbi Azərbaycandakı izlərimizlə bağlı Qərbi Azərbaycan İcması ilə birgə hazırlanmış sərgi də nümayiş olunub.