Siyasət
Pleyeri seçin:

Ukraynadan sonra sıra.... | Zaxarovadan Brüssel görüşü barədə proqnoz

03 aprel 2024

“Ermənistan ABŞ-nin özünün ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını xatırlasın”.

Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yerli mediaya Brüsseldə keçiriləcək Avropa İttifaqı-ABŞ-Ermənistan görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, NATO hər hansı ölkəyə vədlər verirsə, sual vermək lazımdır ki, onlardan hansı yerinə yetirilib və bundan öncə hansı ölkənin təhlükəsizliyinə zəmanət verilib:

“Rasmussenin məruzəsindəki sözləri xatırlamaq istərdim. Ermənistanda daha çox Avropa, Avropada isə daha çox Ermənistan olmalıdır. Söhbət konkret olaraq NATO Avropasından gedir. ABŞ-Aİ birlikdə Ukraynaya görə məsuliyyət daşıyırdılar. İndi Ukrayna hansı vəziyyətdədir? Bir çox sualların cavabı budur. ABŞ-nin Yaxın Şərqi və özünün ən yaxın müttəfiqini hansı qorxunc günlərə saldığını heç kim unutmur.

Qoy Ermənistan və erməni xalqı bizim üçün, ali hədəflər üçün olmasa da, özü üçün bunu xatırlasın və bilsin. Bax bu, vacibdir. Dördtərəfli, üçtərəfli, yaxud digər hər hansı format və formalarda görüşlər planlaşdırıldıqda buna nəzər yetirmək lazımdır. Qoy onlar ABŞ-nin özünün ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını xatırlasınlar".

Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü keçiriləcək.

Avropa İttifaqı görüş öncəsi tədbirin müstəsna olaraq iqtisadi xarakter daşıdığını iddia etsə də, əslində, təşkilatın Ermənistandakı missiyasının hərbiləşdirilməsi prosesi gedir. Ölkəyə silahlar tədarük olunur ki, bu da sülh prosesinə heç cür töhfə verə bilməz.

Bolqarıstan və Azərbaycanın gələcək planları nələrdir? - RƏSMİLƏR

Bolqarıstan və Azərbaycanın gələcək planları nələrdir? - RƏSMİLƏR

Siyasət
08 may 2024
Potensial kifayət qədər genişdir | İlham Əliyev

Potensial kifayət qədər genişdir | İlham Əliyev

Siyasət
08 may 2024
Bolqarıstan prezidenti Rumen Radevin “Baku TV”yə eksklüziv açıqlaması

Bolqarıstan prezidenti Rumen Radevin “Baku TV”yə eksklüziv açıqlaması

Siyasət
08 may 2024
Rumen Radev Azərbaycan və Bolqarıstan arasındakı münasibətləri yüksək qiymətləndirib

Rumen Radev Azərbaycan və Bolqarıstan arasındakı münasibətləri yüksək qiymətləndirib

Siyasət
08 may 2024
İlham Əliyev və Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

İlham Əliyev və Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Siyasət
08 may 2024
Əli Əsədov Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə görüləcək işlərdən danışdı

Əli Əsədov Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə görüləcək işlərdən danışdı

Siyasət
08 may 2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış etdi

İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış etdi

Siyasət
08 may 2024
Rusiyanın XİN rəhbərlərinin görüşünə münasibəti | Kənar qüvvələri qınayırıq...

Rusiyanın XİN rəhbərlərinin görüşünə münasibəti | Kənar qüvvələri qınayırıq...

Siyasət
08 may 2024
Ermənistan və Rusiyanın münasibətləri arasında nə baş verir? | Rusiyalı politoloqdan mühüm açıqlama

Ermənistan və Rusiyanın münasibətləri arasında nə baş verir? | Rusiyalı politoloqdan mühüm açıqlama

Siyasət
08 may 2024
Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı ilə görüşü

Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı ilə görüşü

Siyasət
08 may 2024
Seçilmişlər
icon