Bolqarıstan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi
Azərbaycana dövlət səfərinə gələn Bolqarıstan Prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və birinci xanım Desislava Radevanı qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.
Bolqarıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Rumen Radevə və Desislava Radevaya, Bolqarıstan nümayəndə heyəti isə İlham Əliyevə və Mehriban Əliyevaya təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Rumen Radevin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.