Siyasət
Pleyeri seçin:

“Vista Equity Partners” şirkətinin təsisçisi Bakıda | Prezident qəbul keçirdi

13 sentyabr 2024

Prezident İlham Əliyev sentyabrın 13-də texnologiya sektorunda alternativ investisiyaların idarə edilməsi üzrə fəaliyyət göstərən ən nüfuzlu investisiya şirkətlərindən biri olan “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın qabaqcıl maliyyə qurumlarından biri olan “Vista Equity Partners” şirkəti ilə uğurlu əməkdaşlığını müsbət qiymətləndirərək, tərəfdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu bildirib.

Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini qeyd edən Azərbaycan Prezidenti Fondun aktivlərinin qeyri-sabit maliyyə bazarları mühitində də artdığını vurğulayıb. Robert Smit Azərbaycanın investisiya potensialını yüksək qiymətləndirdiyini deyərək, ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Qonaq Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uzunmüddətli və uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirərək, bu əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıdığını vurğulayıb və gələcəkdə mövcud münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, 2000-ci ildə ABŞ-də təsis olunmuş və mərkəzi ofisi Texas ştatının Ostin şəhərində yerləşən “Vista Equity Partners” şirkətinin həmçinin Nyu-York, San Fransisko, Çikaqo və Çin Xalq Respublikasının Honq-Konq şəhərində ofisləri mövcuddur. Şirkətin özəl səhmlər və özəl kredit fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 100 milyard ABŞ dolları təşkil edir. “Vista Equity Partners” 24 illik tarixi ərzində 275 milyard dollar dəyərində 585-dən çox investisiya layihəsi həyata keçirib.

İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

Siyasət
21 dekabr 2024
Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Siyasət
21 dekabr 2024
Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Siyasət
21 dekabr 2024
İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

Siyasət
21 dekabr 2024
Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Siyasət
21 dekabr 2024
İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

Siyasət
21 dekabr 2024
İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

Siyasət
21 dekabr 2024
İlham Əliyev Azərbaycanın D-8-ə üzvlüyünü dəstəklədiyinə Ərdoğana təşəkkür etdi

İlham Əliyev Azərbaycanın D-8-ə üzvlüyünü dəstəklədiyinə Ərdoğana təşəkkür etdi

Siyasət
20 dekabr 2024
Paşinyan iddialarından nə vaxt əl çəkəcək? | Sülh prosesində qəbuledilməz yanaşma

Paşinyan iddialarından nə vaxt əl çəkəcək? | Sülh prosesində qəbuledilməz yanaşma

Siyasət
20 dekabr 2024
Fransa növbəti dəfə ermənilərə qucaq açdı | Maraqlı məqamlar üzə çıxdı

Fransa növbəti dəfə ermənilərə qucaq açdı | Maraqlı məqamlar üzə çıxdı

Siyasət
20 dekabr 2024
Seçilmişlər
icon